Baş xəbər, Maraqlı
26.09.2016 / 11:45

150 milyon yaşı olan dinozavr skeleti hərraca çıxarılacaq- Fransada

150 milyon yaşı olan dinozavr skeleti  hərraca çıxarılacaq-

Yaşı təxminən 150 milyon olan dinozavr skeleti dekabrda Fransada Augettes auksion evində hərraca çıxarılacaq.

İnform.az xarici KİV-ə istinadən bildirir ki, söhbət Kan adını almış və yura dövründə yaşamış allozavrın skeletindən gedir. Onun cəsədinin qalıqlarının hündürlüyü 6 metr, uzunluğu 2,5 metrə çatır.
İndi skelet Lion şəhərinin qalereyasında sərgilənib. KİV-in məlumatına görə, o, 2010-cu ildə ABŞ-da aparılan qazıntılar zamanı tapılıb və bu skeletin vəziyyetini müstasna adlandırırdılar. Belə ki, Kananın kəlləsi dünyada ən yaxşı qorunub saxlanılanlardan biridir.

Qeyri-adi лота qiymətinin dəyəri 800 min avrodur, lakin ekspertlər gözləyirlər ki, o azı milyon dollar səviyyəsinə çatacaq.

Nə vaxtsa, Allozavr Kan skeleti Avropada satılmış ikinci dinozavr olacaq.

"Fransada, paris muzeyi istisna olmaqla, əsl allozavrlar olan muzeylər demək olar ki, yoxdur. Əsasən isə onların surətləri təqdim edilir. Yırtıcı dinozavrlar əvvəlcədən, onların otyeyən yoldaşlarından çox idilər. Və bu yırtıcıların belə yüksək qiymətini izah edir"-hərracın eksperti Erika Mikler bildirib.

Qəzetin bildirdiyinə görə, Kana skeletinin alınmasına əsas namizəd fransa Normandiyasında, Vilye-Sür-Merdə yerləşən sərgi kompleksidir. Orada artıq qeyri-adi eksponatın alınması üçün vasitələrin toplanması prosesi başlanıb.

Qəzet qeyd edir ki, "Kanın hansısa ekssentrik milyarderin evini bəzəmək şansı azdır".

Eyni zamanda, francetvinfo.fr portalı xatırladır ki, sonuncu dəfə Kan ölçülü vəhşi dinozavr 2010-ci ildə Sothebys auksion evində keçirilmiş hərracda 1.3 milyon dollara satıldı.

İnform.az

Baxış sayı: 250