Maraqlı
24.09.2016 / 11:00

Şahmat haqqında əfsanə

Şahmat haqqında əfsanə

Qədim hind əfsanəsinə görə, şahmatı, Sessa adlı bir nəfər icad edib. İcadı krala təqdim edəndə, Həmin vaxt kral heyran qalır və ona böyük mükafat verəcəyini vəd edir:
-İstə nə istərsən, Sessa. Mən sənə hər şeyi verə bilərəm.
-Mənim comərd hökmdarım-deyə o şahmat taxtasnı göstərərək, cavab verdi:
-Mənə mənim deyəcəyimi verməyi xahiş edirəm; birinci dama üçün bir buğda dəni, ikinci üçün iki, üçüncüyə görə dörd, səkkiz dördüncü üçün, on altı beşinci üçün, və belə ardıcıllıqla 64 damanın hər biri üçün. Ümumiyyətlə, mən istəyirəm ki, hər dəfə, sayı əvvəlki ilə müqayisədə iki dəfə artsın.
Kral qərara gəlir ki, Sessinin istəyi çox təvazökardır və ona böyük kisə taxıl verməyi əmr etdi. Saray riyaziyyatçılarından biriisə hesabladı və dedi:
-Əlahəzrət, Sizin vədinizi yerinə yetirmək üçün, Sizin bütün krallığınızda kifayət qədər dən yoxdur. Kral söhbətin nə haqda getdiyini anlamadi, amma saray riyaziyyatçısı bilirdi ki, Sessinin fikirləşdiyi silsilənin cəmi, çox böyük sayda taxıl təşkil edir.

İnform.az

Baxış sayı: 317