Diaspora Akademiyası
20.09.2016 / 14:20

Azərbaycanlılar qubernatora təbrik ünvanladılar- Ulyanovsk vilayətində

Azərbaycanlılar qubernatora təbrik ünvanladılar-Ulyanovskun "ÜAK" fəalları Sergey Ivanoviçi Morozova qubernator seçkilərində qələbə münasibətilə təbrik ünvanlayıblar. İnform.azhəmin təbrikin mətnini təqdim edir:

Hörmətli Sergey İvanoviç!

Qubernator seçkilərində layiqli qələbə qazanmanız münasibətilə sizi ürəkdən təbrik edirik! Biz, Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional bölməsinin fəalları, seçki kampaniyası boyu əmin idik ki, sizdən başqa, bizim regionun rəhbəri ola bilməz!
Əmin idik, tanış, dost və yaxın adamlara bu barədə məlumat verirdik ki - Ulyanovsk azərbaycanlıların böyük əksəriyyəti sizə və, haqlı olaraq, regional lider olduğunuz "Vahid Rusiya" partiyasına səs veriblər. Bunu ona görə etmişik ki, məhz sizin gərgin əməyiniz sayəsində Ulyanovsk torpağında müxtəlif millətlərdən olan insanlar arasında sülh və dostluq yaranıb, çoxsaylı mədəni, sosial, xeyriyyə layihələri həyata keçirilir. Bu, bizim üçün böyük şərəfdir- sizə kömək etmək və sizin komandanın bir hissəsi olmaq!
Sizin 11 il ərzində üzərində işlətdiyiniz Ulyanovsk vilayətinin çiçəklənməsi və onu yeni inkişaf səviyyəsinə çıxarılmasına aid olan proqramın həyata kəçirtməyinə nail olmaq üçün, sizə daha çox qüvvə, enerji və bacarıqlı yardım diləyirik.

Azərbaycanlılar qubernatora təbrik ünvanladılar-


Hörmətlə, ÜAK-ın fəallarının adından ÜAK-nin regional bölməsinin sədri İslam Hüseynov.

Inform.az

Baxış sayı: 283