İdman
21.09.2016 / 19:35

AVRO-2020-nin loqotipi təqdim olundu

AVRO-2020-nin loqotipi təqdim olundu

UEFA prezidenti Aleksandr Çeferin, İngiltərə Futbol Assosasiyasının baş katibi Qreq Klark və Londonun meri Sadik Xanın iştirakı ilə AVRO-2020-nin loqotipi təqdim olunub.
İnform.az Goal.az-a istinadən xəbər verir ki, loqotipin əsasını birlik rəmzi olan körpü və üzərində insanların təsviri təşkil edir. Mərkəzdə Anri delone kuboku var. AVRO-2020 Avropanın 13 şəhərində keçiriləcək. Onların içində Bakı da var. Turnirin yarımfinal və final görüşlərini Londonun "Wembley" stadionu qəbul edəcək.
"AVRO-96-dan keçən 24 ildən sonra futbol növbəti dəfə öz mifik beşiyinə qayıdacaq. London təşkilatçılıq işində zəngin təcrübəyə malikdir. Azarkeşlər, izləyicilər və qonaqların yubiley Avropa çempionatının finalına baxmaq üçün bu şəhər gələcəyinə əminəm. AVRO-2020-ni bir sıra ölkələr arasında bölüşdürdük ki, futbolun xalqlar arasında necə körpü yaratdığını göstərək".


İnform.az

Baxış sayı: 298