Siyasət
21.09.2016 / 18:25

Rusiya “İsgəndər” raketlərini Ermənistana satmasına münasibət bildirdi

Rusiya  “İsgəndər” raketlərini Ermənistana satmasına münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistana “İsgəndər” raketlərini satmasına münasibət bildirib.

İnform.az Modern.az-a istinadən xəbər verir ki, gündəlik brifinqdə Zaxarova həm Azərbaycan, həm də Ermənistanın ölkəsi ilə dost olduğunu, silah satışının isə ikitərəfli müqavilələr əsasında gerçəkləşdiyini deyib.

“Azərbaycan və Ermənistan Rusiya üçün dost ölkələrdir. Amma silah satışı ilə Rusiya Müdafiə Nazirliyi məşğul olur. Silah müqavilələri ikitərəfli müqavilələrlə nizamlanır”.


İnform.az

Baxış sayı: 681