Baş xəbər, Texnologiya
18.08.2016 / 11:53

Edvard Snoudendən gözlənilməz iixtira

Edvard Snoudendən gözlənilməz iixtira

MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş əməkdaşı Edvard Snouden məhşur haker Endyru Xuanqla birgə smarfonlar üçün xüsusi örtük (çexol) hazırlanmasına başlayıb. Bu örtüyün, smartfonların izlənməsinin qarşını alması isə,onun ən əsas özəlliyi olacaq.
Xuanqın dediklərinə görə, smartfonlar söndürülmüş vəziyyətdə belə,sizin barədə məlumat ötürürlər.
Bü örtük İphone 6 smartfonları üçün hazırlanacaq. Qurğu lazımi məlumatları əks etdirəcək monoxrom ekranla təhciz olunacaq. Örtüyü işə salmaq üçün onu SİM karta və yaxud telefonun platasına qoşmaq gərəkdir. Örtük telefona GPS, Bluetooth, Wi-Fi və modemdən gələn siqnalları yoxlayacaq və qəribə bir şey aşkar etsə, örtüyün ekranınabunun haqda məlumat ötürəcək.

Edvard Snoudendən gözlənilməz iixtira


Xatırladaq ki 3 il əvvəl Edvard Snouden ABŞ xüsusi xidmət orqanlarının casusluğu haqda məxfi məlumatları ifşa edib. ABŞ höküməti Snoudeni casusluq və dövlət sirrinin yayılmasına görə təqsirli bilərək onu axtarışını elan edib.
Hal- hazırda ABŞ hökuməti Snoudenin Rusiyadan geri qaytarılması üçün əlindən gələnləri edir.

Fərid Əliyev/İnform.az

Baxış sayı: 352