Baş xəbər, Mədəniyyət
17.08.2016 / 15:41

Gündüzləri "mənəm-mənəm" deyib...- Fotolar

Gündüzləri "mənəm-mənəm" deyib...-
Xalidə Xalid


Bu gün doğum günündür, sənsiz keçirilən ilk doğum günün.
Doğma övlad ləzzətini başqasının övladından almaqla özünü xoşbəxt ana kimi aldatmaq istəyən Qadın!
Çoxlarının yekəxana, xudbin xislətli insan kimi rəy verib, tanıdığı Qadın!
Gündüzləri "mənəm-mənəm" deyib, gecələri yastığa sarılıb hönkür-hönkür ağlayan Qadın!
Yorğun, dərdli anlarında başını dəlicəsinə səni sevən və sənin sevdiyin insanın sinəsinə söykəmək ən böyük arzusu olan qadın!
Bu dünyanın acığına hamıya özünü xoşbəxt göstərmək istəyən qadın!
Ömrünü sənətinə fəda edib, sonun da kimsənin arzulamadığı bir sonluqla həyatına vida eyləyən qadın!
Zahirində xudpəsənd, zalım, eqoist, xoşbəxt, daxilində ürəyiyuxa, mülayim, bədbəxt bir insan gizlənən qadın!
Balanın toyunda elə xoşbəxt görünürdün ki, təbii zahirdə...
Gündüzləri "mənəm-mənəm" deyib...-

İçində isə sızım-sızım sızlayırdın. Gözlərində o qədər sual vardı ki...
Çoxlarının bir insan kimi sevmədiyi Qadın!
Səni həmin gün o toyda daha dəqiq kəşf etməyə çalışırdım. Kimsəni diqqətdən kənarda saxlamırdın. Bir-bir masalara yaxınlaşıb: "darıxmırsız ki, hər şey qaydasındadır?"-deyə soruşurdun.
Kaş ki, dəyişməz qalaydın, kaş ki, şeytan səni öz toruna salmayaydı.
Gündüzləri "mənəm-mənəm" deyib...-

Mənsə səni hamı kimi görmək istəmirdim, həmişə mənim düşüncəmdəki İlhaməni fərqli kəşf etmək istəyirdim...
Sən hamının gördüyü İlhamə deyildin, kaş ki, səni hamı mən görən kimi görə biləydi...
Təbii, mənim də sənə qızğınlığım vardı... Amma, bunlarısən sağ ikən belə dilə gətirmədim, çünki sınıq, param-parça olan qadın ürəyini sındırmaq istəmədim.
Yoxluğunda da haqqında mənfi heç nə deməyə dilim gəlməz ki, çünki sən indi bütün insanlığın son ünvanı olan bir məkandasan...
Və mən kimsənin yoxluğunda onun mənfisin dilə gətirməyi bacarmadığım üçün, səninlə bağlı da incik heç nə demirəm...
Gündüzləri "mənəm-mənəm" deyib...-


Doğum günün mübarək!
Sənsiz artan yaşın mübarək, Azərbaycan musiqi sənətinin sonməyən ulduzu İlhamə xanım!


Gündüzləri "mənəm-mənəm" deyib...-



İnform.az

Baxış sayı: 6559