Mədəniyyət
17.08.2016 / 11:30

Doğum günün mübarək İlhamə xanım!

Doğum günün mübarək İlhamə xanım!
Bu gün Azərbaycanın və Dağıstanın Xalq artisti, Azərbaycan musiqi sənətində öz dəsti-xətti olan İlhamə xanım Quliyevanın doğum günündür

Quliyeva İlhamə Məzahir qızı 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrol səfərlərində olub.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ona ata əvəzi olan Həbibulla Bayramovun yanında dəfn edilib.

Doğum günün mübarək, İlhamə xanım!


Baxış sayı: 317