Baş xəbər, Ədəbiyyat
15.08.2016 / 17:42

Bir fincan qəhvə- EKSKLÜZİV

Bir fincan qəhvə-

Xəyal Ölməz Naxçıvan Muxtar Respublikasında ziyallı ailəsində dünyaya göz açıb (Naxçıvan şəhərində)
Orta təhsilini Bakı şəhərində, rus bölməsində, ali təhsilini isə ölkə xaricində hüquq ixtisası üzrə alıb.
2009-ci ildən bədii yaradıcılıqla da məşğul olur.


İstedadlı şair Xəyal Ölməz yeni klipi haqda fikirlərini İnform.az-a paylaşıb:
“Mən bu şeiri bir neçə ay öncə vətəndən uzaqda olarkən yazmışdım və düşündüm ki, Azərbaycana qayıtdıqdan sonra həmin şeirimi yeni bir kliplə dinləyicilərimin ixtiyarına verim....
Menecerim Asim bəylə bu haqda məsləhətləşdikdə o, bu klipin qəhrəmanı simasında aktrisa Çimnaz Sultanovanın çəkilməsini məsləhət gördü. Televizyaya və xüsusi ilə də seriallara baxmağa vaxtımın olmadığından həmin aktrisanı da öncə tanımadım. Çimnaz xanımın çəkildiyi serialın bir-iki seriasına baxdım. Çimnaz Sultanova həqiqətən də istedadlı aktrisadı.
Çimnaz xanıma klipimə çəkilməsi üçün təklif etdim. Yaradıcılığımla tanış olub qəbul etdi. Onu da qeyd edim ki, bu klip Çinmaz xanımın da yaradıcılığı üçün bir ilk oldu. O, ilk dəfə idi ki, klipə çəkilir.
Nəzərininizə çatdırım ki, digərlərindən fərqli olaraq, mən şeirlərim üçün standart hazır fon musiqilərindən istifadə etmirəm. Çünki,bu həm qeyri-peşəkarlıq olar, həm də orjinal bir iş sayılmaz. Biz bu işə əmək veririk. Hər bir şeirimə “Lirika musiqi səs-yazma studiyamda” musiqilər bəstələyirik ki, vəhdət təşkil etsin."

Qeyd edək ki, şeirin müəllifi və ifaçısı Xəyal Ölməzdir. Rejissoru və aranjimanı Kamal bəyə, Bəstəsi isə Atınç Tombaka məxsusdur. Bir daha qeyd edək Xəyal Ölməzin tərəf müqabili "Vicdan haqqı" serialında Larisa obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanovadır.

Gənc şairə yaradıcılıq uğurları arzulayırıq. Məlumat üçün bildirək ki, klip yaxın zamanda təqdim ediləcək.



İnform.az

Baxış sayı: 1286