Diaspora Akademiyası, Mədəniyyət
15.08.2016 / 11:45

Batumidə "Xəmsə" baletinin premyerası keçirilib

Batumidə "Xəmsə" baletinin premyerası keçirilibGürcüstanın Batumi şəhərindəki Yay teatrında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" əsəri əsasında hazırlanan eyni adlı baletin premyerası keçirilib.
Azərbaycanın Batumidəki baş konsulluğundan "Report"a verilən məlumatına görə, premyera Gürcüstanın "Mədəniyyətlər dialoqu - XXI əsr" Assosiasiyasının prezidenti Valeri Asatianinin təşəbbüsü ilə Georgi Aleksidze adına Tbilisi müasir balet kamera truppasının ifasında, truppanın bədii rəhbəri Məryəm Aleksidzenin rəhbərliyi altında baş tutub.
Balet məşhur bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycan xalq artisti, Tbilisi şəhərinin fəxri vətəndaşı Polad Bülbüloğlunun musiqisi əsasında səhnələşdirilib.
Baletin premyerasında Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov da iştirak edib.

İnform.az

Baxış sayı: 372