Ədəbiyyat
15.08.2016 / 11:19

Tələsmə

Tələsmə
Zeynəb Kazımova
















Anasız qızların qəlbi sınıqdır,
Xətrimə dəyməyə tələsmə belə!
Ürəyim gör necə qırıq-qırıqdır,
Qəlbimi əzməyə tələsmə belə.

Axı sən bilmirsən içindəkini?
Balaca bir qızın kiçik bir qəlbi,
Necə böyüyərmiş bircə gündəcə?
Qan dolu qəlbimə dəymə beləcə.

Tələsmə

Kimsəsiz bir həyət, yiyəsiz bir ev,
İşığı yanmayır qonşudakı tək.
O evdə bir Ana izləri qalır,
Qərarı verməyə tələsmə belə.

Gəl, dəymə xətrimə, dolmuş buludam,
Anasız körpəyəm, ürəksiz qızam.
Dəyərsən qəlbimə, Anam inciyər,
Qəlbimi əzməyə tələsmə belə...

İnform.az

Baxış sayı: 481