Şərhlər
10.08.2016 / 14:06

CAHİL və ARİF insanların fikir ayrılığı

CAHİL və ARİF insanların fikir ayrılığı
Şamxal Abbas

Cahil savadı az olan insandır. Həqiqəti görmək istəməyən və ya görə bilməyən, görüşü kimi də həyatı da yalnış olan insandır. Cahilin öz yolu olmaz. O, kütlə ilə birlikdə təbiətin onlara göstərdiyi yol ilə gedər. Buna göre də necə ki qarşısına çıxacaq təhlükədən xəbərsiz və onun qarşısında acizdir, həmin o yolda əldə edilən heç bir uğuru da ona məxsus etmək olmaz, bu sadəcə bir təsadüfdür. Sanki yolda gedərkən, qarşına çıxan pulu yerdə götürüb, cibinə qoymaq kimi. Axı bu uğur deyil, sadəcə çox nadir halda olan təsadüfdür. Get-gede cahil axınla tam bütünləşir. Beləliklə də öz mənliyini, sonda isə şəxsiyyətini itirmiş olur. Yəni yaşamır.

Arif isə bunun tam əksidir. O, dünyaya həqiqət, məntiq və gerçəklik gözü ilə baxar. Qarşısında olan hər bir yolu düzgün şəkildə təhlil edib, ona ən uyğun olanı seçər. Yolun sonundakı məqsədi düzgün müəyyən edər, buna görə də əsla yolundan dönməz.

Arif öncədən hər təhlükə və çətinliyi görər və onlar, qarşına çıxmamış məsələni həll edər. Onun yolu hər zaman axına qarşı olar. Buna görə də anlamayana qəribə görünə bilər. Çox zaman dəli sayılarlar. Çünki həqiqəti, yəni görünənin tam əksini, deyərlər.

Axın hər zaman yüksəkdən yəni MÜKƏMMƏLLİKDƏN axar. Deməli ariflər mükəmməlliyə doğru, cahillər isə əksinə gedər. Elə buna görə də onların arasında fikir ayrılığı, aralarında olan yol ayrılığından çıxar. Arifin yolu çətin, ancaq düzgün yoldur. Cahil ətrafındakıları yaxşı tanıya bilmir, çünki üzü onlarla eyni istiqamətə dönülüdür (yəni axına doğru). Arif isə yaxşı tanıyır, çünki onların əksinə getdiyinə görə, onlarla üz-üzə durur.

İnform.az

Baxış sayı: 944