Siyasət, Şərhlər
10.08.2016 / 13:59

Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizmi qurulacaq

Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizmi qurulacaq
Qüdrət İsaqov/professor


Ərdoğan Putinlə görüşündə 12 razılaşma açıqladı:

1. Üst səviyyə əməkdaşlıq şurası yenidən canlandırılacaq.
2. Çarter uçuşları başlayacaq.
3. Əkinçilik məhsullarının daxil ikili ticarətini məhdudlaşdıran qadağalar aradan qaldırılacaq.
4. Türk təşəbbüskarlarına qadağalar aradan qaldırılacaq.
5. Vizasız rejimi tam gücüylə işə salmaq üçün müştərək addımlar atılacaq.
6. Akkuyuya strateji sərmayə statusu veriləcək.
7. Akkuyu proyekti sürətləndiriləcək.
8. Türk- Rus ortaq sərmayə fondu qurulacaq.
9. Müdafiə sənayesində əməkdaşlıq artırılacaq.
10. Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizmi qurulacaq.
11.Ankara-Moskva xətti bir güvən və dostluq xətti halına gətiriləcək.
12.Türk Axını proyekti sürətli şəkildə həyata keçiriləcək.

Fikrimcə Ərdoğanın sadaladığı bu 12 bəndlik razılaşma hələlik layihə formasındadır. Razılaşma layihəsinin müqavilələrə çevrilməsi, müqavilələrin ratifikasiya edilməsi, ratifikasiya olunmuş layihələrin real həyata tətbiq edilməsi, onların maliyyələşdirilməsi və s. kimi ciddi problemlər var. Sadalanan müddəalardan açıq-aydın şəkildə görünür ki, onlar aviasiya, qida kənd təsərrüfatı məhsulları, təşəbbüslərin stimullaşdırılması, vizasız gediş gəlişin təmin edilməsi, atom enerjisi sahəsində əməkdaşlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, enerji kommunikasiyalarının qurulması kimi həyati əhəmiyyətli strateji sahələri əhatə edəcək.
Ərdoğanın sadaladığı layihələrin həyata keçməsi üçün ən mühüm şərtlərdən biri həm onun, həm də Putinin bir daha tarixi səhvlərə yol verməməsi şərtilə mümkün olacaq:

Göstərilən çoxsaylı layihələrin həyata keçirilməsi
Rusiya və Türkiyə iqtisadiyyatının qalxınmasına,
Rusiya və Türkiyənin dünyada nüfuzunun yüksəlməsinə,
Qara dəniz və Xəzər dənizi regionlarının iqtisadi-ticari-elmi əlaqələrinin yüksəlməsinə,
Rusiya və Türkiyədə insan rifahının yüksəlməsinə təkan verəcək.

Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizmi qurulacaq!

Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizmi qurulacaq

Ərdoğanın sadaladığı layihələr içərisində ən mühüm olanı və Azərbaycan üçün həyati əhəmiyyət kəsb edəni Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizminin qurulmasıdır. Fikrimcə bu layihənin adındakı "mexanizm" sözü Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvəsinin daimi fəaliyyət göstərən qurum olacağından xəbər verir.
Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizminin qurulması
Azərbaycanın Xəzər və Qara dəniz regionlarında siyasi və iqtisadi rolunun güclənməsi,
Azərbaycan sənayesinin və bütövlükdə iqtisadiyyatının güclənməsi deməkdir.

Türkiyə-Rusiya-Azərbaycan üçlü zirvə mexanizminin qurulması Qarabağ probleminin həllində də mühüm rol oynayacaq.

Türkiyəyə, Azərbaycana və Rusiyaya xeyirli olsun!

İnform.az

Baxış sayı: 385