Baş xəbər, Araşdırma
09.08.2016 / 16:30

Tunquska meteoriti- Araşdırma (fotolar)

Tunquska meteoriti-
Xalidə Xalid

1908-ci il iyunun 30-da səhər erkən çox dəhşətli bir partlayış Lena və Yenisey çayları arasında, Podkamennaya Tunquska çayının hövzəsi rayonunda Tayqanı lərzəyə saldı. Planetin hava okeanı təlatümə gəldi, zərbə dalğası Yer kürəsini iki dəfə dolandı. Yeniseydən Atlantik okeanına qədər nəhəng bir məkanda gecə gündüzə çevrildi. Partlayışın gücü Xirosimada olduğundan 1000 dəfə artıq idi.

1958-ci il variantına görə Tunquska cismi dəmir, yaxud daş meteorit olub. Kometa variantı da var ki, onun əsas kütləsi buzdan ibarətdir. İldırım kürəsi, qaz-palçıq kütləsi , tektonik hadisə deyənlər də var. Yazıçı-fantast F.Kazantsev isə iddia edir ki, bu, planetlərarası kosmik gəminin nüvə reaktorunun patlaması nəticəsidir. Versiyaların əksəriyyəti sadəcə absurd xarakter daşıyır, yumordan başqa bir şey deyildir.

Həmin hadisə uzun illər müxtəlif mübahisələrə səbəb olmuş, bəzi suallara ümumiyyətlə cavab tapmaq mümkün olmamışdır. Hər şeydən əvvəl partlayışı törədən ciusmin uçuş istiqaməti izahsız qalmışdır. Meşə dağıntılarının təhlilindən və şahidlərin ifadələrindən aydın olmuşdur ki, həmin cisim şərqdən qərbə doğru uçurmuş. Lakun partlayış yerindən şərqdə yaşayan şahidlər onun, cənubdan şimala doğru hərəkət etdiyini deyirmişlər. Bəzi alimlər belə fərziyyə irəli sürmüşlər ki, cisim uçuş zamanı öz istiqamətini dəyişmişdir, başqa sözlə, idarə olunmuşdur. Hələlik, 85 kilometr yüksəklikdə stratosferin 3 gün davam edən güclü işıqlanması da öz izahını tapmamışdır. Bunu partlayış buludları yarada bilməzdi, çünki onlar bu qədər hündürlüyə qalxa, bir neçə saat ərzində İngiltərəyə çata bilməzdilər.

Şahidlərin söylədiyinə görə səma cismi üfüqə nisbətən cəmi 7-10 dərəcə maili bucaq altında 800 kilometr uçmuş, atmosferə daxil olarkən ilkin sürəti bir neçə on kilometr, son sürəti 12 kilometr-saniyə olmuşdur. Halbuki, meteoritlərin və kometlərin sürəti adətən 30-60 kilometr-saniyə arasında olur. Bir çox müşahidəçilər eyni vaxtda uğultu eşitmişlər ki, bu da uçan cismin sürətinin səs sürətindən yuxarı olmadığını göstərir.

Partlayışın özünün təbiəti də mübahisəlidir. Görəsən, 20-40 meqaton gücündə olan, 400 kilometr məsafədə damları və çəpərləri uuran, 2200 kvadratkilometr sahədə meşələri yatıran zərbə dalğasına, yanğına səbəb olmuş enerji mənbəyi nə imiş? Bu gün alimlərin çoxu belə iddia rdirlər ki, Tunquska cismi buz nüvəyə malik komet olmuş, partlayış mexaniki şəkildə baş vermişdir. Onda belə bir sual meydana çıxır: sonrakı 4 saat ərzində 3500 kvadratkilometr sahədə maqnit pozuntularına, ağacların 4-10 dəfə sürətlə boy atmasına səbəb nə olmuşdur? Hətta partlayışın bir yox, üç olması barədə deyilənlər də ciddi maraq doğurmuşdur. Və nəhayət, əgər bu cisim həqiqətən meteorit idisə, hesablamalara görə diametri bir neçə yüz metrə, kütləsi bir milyon tona çatırdısa, nə üçün hadisə yerində həmin cismin qırıntıları aşkar edilməmişdir? 500 kilometrlik radiusda olmalı olan krater niyə yoxdur?!

Akademik Georgi Petrov belə hesab etmişdir ki, Tunquska cismi çəkisi 100 min tondan artıq olan və Yer üzərinə düşərək dağılan qaz topasıdır. 1958-1959-cu illərdə aparılan tədqiqatlar da göstərmişlər ki, partlayış 10-15 kilometr yürsəklikdə baş vermiş, qırıntılar isə 30-40 min dərəcə Selsi temperatur nəticəsində qaza çevrilmişdir. Bundan əlavə, hadisə yerində yalnız 200 kiloqram çəkidə xırda şüşəvari kürəciklər aşrar olunmuşdur. Astrofizik Vasili Fisenko məhz buna əsaslanaraq belə qənaətə gəlmişdir ki, Tunquska cismi Yerlə toqquşmuş kiçik meteoritdir.
Lakin bütün bunlar tam sübuta yetirilmiş fikirlər deyil.Hadisəətrafında yüzdən çox fərziyə irəli sürülsə də, bu günə kimi heç kəs tam əminliklə deyə bilmir ki, bir əsrdən çox əvvəl tayqa üzərində nə baş vermişdir.

Sirrin açılmasına ümidlər onun meydana çıxmasının ikinci yüzilliyinə qalır.Ümid edək ki, kainatın bizə məlum olan milyonlarla müəmmasının daha birinin sirri əvvəl-axır açılacaq.

Tunquska meteoriti-


Tunquska meteoriti-


Tunquska meteoriti-


Tunquska meteoriti-


İnform.az

Baxış sayı: 544