Mədəniyyət
09.08.2016 / 15:19

Bu gün Rasim Balayevin doğum günüdür

Bu gün Rasim Balayevin doğum günüdürBugün Azərbaycanın xalq artisti, hələ həyatdaykən əfsanə adını almış, kinomuzun ulduzu, çoxumuzun Babək və ya Nəsimi kimi tanıdığımız Rasim Balayevin doğum günüdür.
Sevimli aktyorumuzun 68 yaşı tamam olur, onu ürəkdən təbrik edir, uzun ömür və can sağlığı arzu edirik.
Aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə orta məktəbi, 1969-cu ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rola çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.
Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik obrazlar yaradıb. "Özbəkfilm"də, "Mosfilm"də və başqa studiyalarda filmlərə çəkilib.
Rasim Balayev 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb.
1998-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni və bir sıra digər orden və medallarla təltif olunub.



İnform.az

Baxış sayı: 461