Şərhlər
09.08.2016 / 10:35

Dərd budur...

Dərd budur...
Günel Fərhadqızı (Antimental)

Yazıçı, publisist, dramaturq olasan, yaza bilәsәn, amma öz hәyatını öz istәdiyin kimi yazıb yaşaya bilmәyәsәn…
Hәyatının bloqu, köşә yazısı belә olmasın… Yazıçı üçün dәrddir…
Yazıçı olasan, yaxşı yazasan, yazılarınla yazdığını sevdirәsәn, özünü sevdirәsәn, yazılarında sevgi olar, amma sevdiyin insana sevdiyini deyә bilmәyәsәn, söz tapmayasan, cürәtin olmaya, dәrd burasındadı…
Yazıçı olasan, hәr kәsdәn, hәr şeydәn yazasan, tam sәmimi açarsan yazılarındakı obrazları, öz hәyatını tәsvir edә bilmәyәsәn, özün açıla bilmәyәsәn, özünlә bağlı hәr mәqamda susasan, qoyasan üç nöqtә, әsl dәrddir…
Yazıçı olasan, yazasan, həm də oxucu olub oxuyasan, oxucuların çox olsun, amma oxucuların səni tanıya bilməsin…
Yazıçı olub, ağlayaraq yazasan, ağladasan oxuyanları, amma sən yazıçı olaraq, sakitcə, hər kəsdən gizlin, təklikdə ağlayasan, kimsə bilməyə, ağlayaraq yazdığını…
Yazıçı olub, sözlər olsun işin, paylaşa biləsən fikirlərini, hər kəsə çatsın, hər kəs anlasın, bir ondan savayı… O, oxumamış kimi aparsın, sussun...

Dərd budur...


Rәssam olasan, çәkәsәn gözәl rәsmlәr, valeh edәsәn hәr kәsi, tәkcə öz hәyatın olsun rәngsiz, rәng tapa bilmәyәsәn sәni ifadә edәcәk, hәyatın olar ağ-qara rәnglәrdә, canlanmasın tәxәyyülün, canlanmayasan özün, әsl dәrddir axı bu…

Dərd budur...


İctimai insan olasan, amma ictimaiyyətdən qaçmağa çalışasan, fərqləndiyin üçün ictimaiyyət səni qəbul etmək istəməyə, sən də susasan ki, səni tanımasın kimsə…

Dərd budur...


Günəş olub hər kəsin yolunu işıqlandırasan, soyuqda isidəsən, istidə yandırasan, amma özünün daxili dünyandakı yolun qaranlıq ola, soyuğunda qızına bilməyəsən, istiyə həsrət qalasan, yanmayasan…

Dərd budur...


Hər kəs üçün zirvədə olasan, nümunə olasan, fəxr etsinlər səninlə, sən isə özünü uçurumda görəsən, xilas edə bilməyəsən uçurumdan, nümunə bilməyəsən özünü, günahkarsan hər şeydə, fəxr etməyəsən özünlə…

Dərd budur...


Hər kəsin dərd, pis günün dostu olasan, hər kəsin əsl dostu olasan, bir özündən başqa, öz dərdlərinə şərik olmayasan, özünün pis gününə ağlaya bilməyəsən, özünə əsl dost deyil, düşmən olasan…

Dərd budur...


Kiməsə aşiq olasan, yazasan bu haqda yazılarında, sevəsən, hər kəs öz üzərinə götürə, özünü tapa, bir o bilməyə ki, “qəhrəman” odur, ona aşiqsən…

Dərd budur...


Musiqi bəstələyəsən, yazıların səslənsin öz səsinlə, hər kəs təsirlənsin, hər kəs yaşasın yaratdığınla, bir sən yaratdığına həsrət qalasan, kimsə bilməyə ki, kimə həsr etmisən…
Rəqs edəsən, dərdli olanda, güləsən kədərlənəndə, hər kəs səni pozitiv bilə, bəxtəvərlik bilə, için özünü yandıra, çölün özgəni… Sənsə, məyus etməmək üçün onları, öz rolunu oynamağa davam edəsən…

Dərd budur...


Gözəl və ağıllı olasan, hamı həsəd apara, sənsə kiməsə deyə bilməyəsən ki, gözəllik və ağlından sənə bir xeyir gəlməyib, başına bəla olubdur ancaq…

Dərd budur...


İnform.az

Baxış sayı: 791