Elm-təhsil
08.08.2016 / 18:22

AMEA-da ABŞ-ın “Noosfer” şirkətinin nümayəndələri ilə görüş keçirilib- Fotolar

 AMEA-da ABŞ-ın “Noosfer” şirkətinin nümayəndələri ilə görüş keçirilib-

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ABŞ-ın Fəaliyyətin İdarəedilməsi üzrə Beynəlxalq “Noosfer” şirkətinin prezidenti Maksim Polyakovu, şirkətin şöbə müdiri Mixail Robotnikovu və Ukrayna bölməsinin rəhbəri İqor Qriqoryeviçi qəbul edib.
Bu barədə İnform.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə akademik İbrahim Quliyev şirkətin nümayəndələrinə AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyəti, elmi istiqamətlər üzrə aparılan tədqiqatlar haqqında, eləcə də ölkəmizdə elmin ən müasir sahələrinin inkişafına, multidissiplinar tədqiqatlara, gənc alimlərin yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğıdan, Azərbaycan alimlərinin beynəlxalq elmi əlaqələrindən danışıb.

Sonra qonaqlar “Noosfer” şirkətinin fəaliyyət istiqamətləri, geniş beynəlxalq şəbəkəsi, nailiyyətləri və AMEA ilə əməkdaşlıq perspektivləri haqqında ətraflı məlumat veriblər. M.Polyakov AMEA-nın biznes proqram və layihələrin həyata keçirilməsində rolunun əhəmiyyətindən danışaraq, akademiya ilə elmi əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirib.

Tərəflər arasında əməkdaşlıq əlaqələrinin müzakirəsinə başlanması üzrə ilkin razılaşma əldə edilib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Kamil Aydazadə və AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin baş elmi işçisi, professor Soltan Əliyev də iştirak ediblər.

 AMEA-da ABŞ-ın “Noosfer” şirkətinin nümayəndələri ilə görüş keçirilib-


 AMEA-da ABŞ-ın “Noosfer” şirkətinin nümayəndələri ilə görüş keçirilib-


 AMEA-da ABŞ-ın “Noosfer” şirkətinin nümayəndələri ilə görüş keçirilib-


İnform.az

Baxış sayı: 565