Sosial, Mədəniyyət
08.08.2016 / 15:07

ANS yenidən tarix yazacaq

ANS yenidən tarix yazacaq
Məhsəti Şərif/Türkiyə


Bu yazı İnform.az-ın ünvanına ANS-in lissenziyasının ləğvindən az sonra daxil olub. Təkrar-təkrar oxuyub, təkrar-təkrar düşünmək məcburiyyətində qaldım...ANS-in yarandığı gündən bu günədək keçdiyi keşməkeşli yolu kino lenti kimi gözlərimin önündən keçirdim.
Bilirəm, çoxları mənə düşmən kəsiləcək, çoxları qınayacaq, çoxları deyəcək k."Sən məgər digər media qurumlarından belə humanistsən?"
Kim nə düşünür düşünsün, kimsəni qınamıram da...Hər kəs özünə görə özünü haqlı sana bilər. Mənsə, ANS-ın bu günədək etdiyi bəzi səhvləri nə inkar etmirəm, nə də onlara haqq qazandırmıram.
ANS-in boynumda olan haqqını da kənara qoyuram... Sadəcə, bir xalqın, bir ölkənin tarixində mücadilələrlə dolu imzası olan bir telekanalın belə sonluğuna göz yuma bilmirəm. Elə o baxımdan da, ANS-in keçmiş əməkdaşı, hazırda Türkiyədə yaşayan Məhsəti Şərifin bu yazısını olduğu kimi sizlərə təqdim etməyə qərar verirəm...(Xalidə Xalid)


Bəzi dəyərlər var, onları itirmək olmaz. Tariximizdə baş verən pis və yaxşı hadisələr məsələn...ANS də Azərbaycan efir məkanının, müstəqillik tarixinin dəyəri idi. İlk dəfə fərqli formatda çıxan, sərbəst jurnalistikanı necə olması gərəkdiyini öyrədən, ilk şəhid verən...
ANS tarix dolu kanal idi. Arxivində bir xəzinə yatırdı, ilk dəfə arxivini istifadəyə açan kanal da ANS-di...
Çingiz Mustafayevi xatırlayırsınızmi? Dəli dolu, tankların önündə duran, saçları gözünün üstünə dağılmış, sonra da şəhid olmuş...
ANS-in dəhlizində bir yer vardı, şüşənin arxasında Çingiz şəhid olanda üzərindən çıxan ləvəzimatlar orda saxlanırdı...
İndi kim cürət edib və ya özündə haqq qazanıb o əşyaları ordan alacaq? ANS xalqın kanalydı. Tənqid edirdiniz, söyürdünüz, amma dara düşəndə onun qapısını döyürdünüz. Heç bir zaman darda olanda arxasında durmayan xalqa arxa çevirməyəndi ANS.

Yenə darda və yenə arxası boş...
ANS-i terroru dəstəkləməkdə ittiham etmək o qədər bəsit və gülüncdürki...
ANS teroru lənətləmədimi? Heç olmasa başqa bəhanə uyduraydınız. Mərdcə vuraydınız. Bəlli idi zatən fürsət gözlədiyniz. Amma ANS Azərbaycanın tarixi idi.Tarixi bu cür ləkəkəməzlər. Mən nə ANS-in rəhbərliyini tərifləyəcəm, nə də orda işləyənləri. Nə də böyük bir şirkətin işçilərinin halına acıyacam. Onlar böyük məktəndən çıxıblar. Yolları açıq zatən. Amma ANS söz sahibiydi, ən çox səsinizi duyuran idi.

ANS yenidən tarix yazacaq


Aprel savaşını unutdunuzmu? Media rəhbərləri sosial şəbəkələrdə qəhrəmanıq edərkən onlar savaş meydanındaydılar. O güllədən birinə tuş gələ də bilərdilər, deyilmi?
Siz indi kimi nədə ittiham edirsiniz? Ölkənizə dostmusunuz? Əgət ANS terroru dəstəkləyən bir kanaldısa, indiyədək hara baxırdınız?
Nədən qəflət yuxusundaydınız. Güldürməyin bizi cənablar! Səmimi olun! Tarixlə alay etməyin!
Bir neçə ay əvvəl idi ustad sənətkar Zeynəb Xanlarova demişdi " kişi kanaldır, xalqın kanalıdır".
Kişiləri arxadan vurmazlar...
ANS-in tarixi müstəqil Azərbaycanın tarixidir!
Bu tarixin əsas qayəsində müstəqillik uğrunda tökülən qanlar dayanır. Şəhidlərimizin torpaq uğrunda apardığı haqq mübarizəsi dayanır. Bu mübarizənin üstündən xətt çəkdiyiniz üçün tarix də sizi unutmayacaq! Tarixdə qara və qızıl həriflər var. Sifarişli məhkəmə də, sifarişi verən də qara hərfi seçti....Mən kanalımın yenidən tarix yazacagına inanıram!!!

İnform.az

Baxış sayı: 5259