Diaspora Akademiyası, Baş xəbər
03.08.2016 / 11:15

Azərbaycan Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək

Azərbaycan Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək

Ümumdünya Köçəri Oyunları Qırğız Respublikasının ən böyük beynəlxalq idman layihəsidir. Ümumdünya Köçəri Oyunları-2016 bu ilin sentyabr ayının 3-dən 8-dək İssık-Göl gölü sahilində keçiriləcəkdir. Qırğızıstan ölkənin idman və mədəni həyatında yeni səhifə açacaq bu iri miqyaslı tədbirə hazırlaşır.

İnform.az Azərbaycanın Qirğizistandakı səfirliyinin məlumatına istinadən bildirir ki, Ümumdünya Köçəri Oyunları 16 avqust 2013-cü ildə Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının Üçüncü Zirvə Toplantısında qəbul edilən qərara əsasən keçirilir. Bu oyunlar Türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun daha da genişlənməsinə və dərinləşməsinə xidmət edir.

Azərbaycan 2014-cü ildə keçirilmiş Birinci Ümumdünya Köçəri Oyunlarında fəal iştirak edib. Bu il də Azərbaycan oyunlardakı iştirakını təsdiqləyib. Azərbaycanda milli idman növlərinin inkişafına böyük diqqət yetirilir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin tapşırığı ilə İkinci Ümumdünya Köçəri Oyunlarında ölkəmizi Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi böyük heyət təmsil edəcək. Həm də oyunların bədii hissəsində Azərbaycanın incəsənət ustalarının çıxışı gözlənilir.

İnform.az

Baxış sayı: 486