Maraqlı, Şərhlər
25.07.2016 / 17:00

Şamançılıq- Fotolar

Şamançılıq-
Xalidə Xalid

Daş dövründən bəri tarixin bütün mərhələlərində insan həyat və ölüm, varllq və ruhlar arasında, qısaca desək, iki dünyanın qovuşuğunda bu dünyaları bir-biri ilə əlaqələndirə biləcək vasitəçiyə ehtiyac duyub. Bəşər mədəniyyəti təşəkkül tapanda artıq bu vasitəçinin funksiyalarını şamanlar yerinə yetirirdilər.

Sərbəst düşüncə bəzən insanı belə bir qənaətə yönəldir ki, şamanlar hansısa müəmmalı sivilizasiyanın son nümayəndələri, fövqəltəbii istedadın təmsilçiləri, insanların havadarları və tərəfgirləridirlər. İndi şaman ritualları keçmişin qalıqları təsiri bağışlasa da, tədqiqatçılar şamanlığı monoteist dinlərdən əvvəl mövcud olmuş sehrbazlıq və ovsunçuluq dininin bir variantı, insanın psixi durumu ilə qabaqcadan müəyyənləşən kütləvi təzahür hesab edirlər.

«Şaman» sözü Avropa dillərinə 17-ci əsrdə yakut dilindən keçib. Yakutiyaya isə bu söz Monqolustan vasitəsilə Hindistandan gəlib.
Şamanlığı əsasən Sibir, Ural, şimal xalqları tətbiq ediblər. Samanlar laplandiyalılarda «noyd», macarlarda «taltas», qazaxlarda və qırğızlarda «bəxşi» adlanıblar.
Sibir samanlarına öz fəaliyyət formalarına görə qaraçı-çovalilər daha yaxın olublar.
Türkiyədə şəbihləri və mərasimləri şamanlarınkına çox bənzəyən bəktaşilərdən ibarət dərviş və sufi tayfaları var. Bu sıraya sirli Haiti şamanist istiqamətli Vudu dini cərəyanını da aid etmək olar. Şaman metodları planetin hər yerində bir-birinə uyğun gəlir, Avstraliyada, Cənubi və Şimali Amerikada, Sibirdə və Mərkəzi Asiyada, Şərqi və Şimali Avropada, Cənubi Afrikada mahiyyətcə eynidir.

Şamançılıq-


Şamanlıq qabiliyyətinə həm kişilər, həm də qadınlar malik la bilər. Lakin bir çox icmalarda qadınlar əsasən ev işləri ilə məşğul olduqlarından şamanlığa sadəcə olaraq vaxtları çatmır və onlar yalnız uşaqlar böyqdqkdən bu yola gedirlər. Amma buna baxmayaraq, qadın elementləri şamanlıqda mühüm rol oynayır. Samanlar əksər hallarda qadın paltarı geyinir, qadınsayağı hörülmüş saç saxlayırlar. Hətta belə bir inanc da mövcuddur ki, kişi şaman qadın kimi doğa bilər, ancaq uşaq yox, it küçüyü, ördək balası, balıq kimi heyvanları dünyaya gətirə bilər.

Bütün cadu prosesi şəhvani, qızğın xarakterdə olur, nəğmələr cinsi ehtirasların eyhamına çevrilir, rəqslərdə ədəbsiz hərəkətlərə yol verilir. İlk baxışda xəstəliyə bənzəyzn kütləvi psixozla müşaiyət olunan səhnələr zamanı şamanlar bir-birinin hərəkətlərini təkrar etməyə başlayır, bütün komandaları yerinə yetirir, özlərini elə unudurlar ki, hətta bıçaq zərbələri onlara təsir etmir. Afrikada sağlam şamanlar isə xüsusi daşlar vasitəsilə yağış və qar yağdırır, hamilə qadınların bətnindəki dölü ziyansız olaraq əridə bilirlər. Onlarda elə tullayıcı silah, elə dərmanlar vardır ki, avropalılar bunlardan baş çıxara bilmirlər. Təmiz əfsanə təsiri bağışlasa da, söyləmək maraqlıdır ki, Afrikada bəzi şamanlar istənilən vaxt heyvana çevrilə bilirlər, sandıqdakı pulları ilana döndərib divardan keçirməyi bacarırlar.

Şamançılıq-


Şaman mərasimləri geyim hazırlanmasından başlanır. Baş şaman öz şagirdlərinə bu işdə kömək edir, onlara şamanlıq üsullarını öyrədir. Ayrı-ayrı icmalarda şaman geyimləri cürbəcür olur. Məsələn, Sibir şamanları aşılanmış dəridən qabaq ətəkləri qısa, arxa ətəkləri yerlə sürünən, dəmir zınqırovlarla bəzədilmiş don geyirlər. Bu geyim ön tərəfdən həmçinin müxtəlif rəmzlərlə - heyvan, balıq fiqurları, göy cisimlərinin emblemləri, insan sümüklərinin və daxili orqanlarının təsvirləri ilə bəzədilir. Şaman etiqadına görə bunlar heç vaxt paslanmır və ruha malikdir. Şaman atributikasının başlıca elementi olan qaval zərbləri, monoton danışıq və nəğmələr, ritmik hoppanmalar və yüyürmələr, narkotik qoxuların qəbul edilməsi vasitəsilə şaman özünü xüsusi ekstaz vəziyyətinə salır, “digər dünyaya” səyahətə çıxaraq ruhlarla əlaqəyə girir, qaval isə gah quşa, gah da marala çevrilərək şamanı həmin dünyaya aparır. Mərasimdə fantastik qüvvə nümayiş etdirilir. Şamanın köməkçiləri öz başçılarını təkcə müşaiyət etməklə kifayətlənmir, həm də onu kəndirlə tutub saxlayırlar. Şaman mərasimi müxtəlif məqsədlər güdür, əksər hallarda xəstələrin müalicəsinə xidmət edirlər. Belə seanslar zamanı guya əsil möcüzə baş verir, hətta iflic adam belə yataqdan qalxır, itən əşyalar tapılır.
Hər bir şamanın özünün himayəçi ruhu vardır. Bu, əsasaən nə vaxtsa yaşamış şamanın ruhudur. Həmin ruh seçilmiş adamın ətrafında dolanır, onun çağırışına gələ bilir, məsləhət verir, yardım edir. O da şamanın tapşırıqlarını yerinə yetirir, bəzən digər ruhlarla savaşa girir. Ruhlar nə qədər güclüdürsə, şaman da o qədər iradəlidir.

Şamançılıq-


Şamanlıq təkcə alimlərin, etnoqrafların maraq obyekti deyil. Xüsusi tədqiqatlarla yanaşı hətta bir sıra ölkələrdə dövlət təhlükəsizliyi orqanları şamanlığın paranormal xüsusiyyətlərindən istifadə etməyə çalışmışlar. Hazırda tamaşaçılara daha çox emosional təsir göstərmək məqsədilə xüsusilə rok musiqisində şaman mərasimi ünsürlərindən bəhrələnənlər vardır. Deyirlər, rokun müəyyən növlərinin köməyilə insan şamanların ruh aləmi ilə təmasda olduğu vəziyyətə düşə bilir, zərb alətlərinin ritmik səsləri onu cadugərlərin hal-əhvalına yaxınlaşdırır. Deməli, şamanlıq hələ ölüb getməmişdir, yalnız simasını dəyişməkdədir. Və şamanlar həyatda çox şeyi dəyişməyə, çox gözlənilməz hadisələr nümayiş etdirməyə qabildirlər.

Şamançılıq-

Şamanlıq dindirmi, təriqətdirmi? Əgər belədirsə, yaxud nə zamansa bu cür olubsa da , onun mahiyyətində ümumbəşəri həyat tərzinə zidd heç nə yoxdur. Şamanlığı məntiqi olaraq heç bir dinə və təriqətə qarşı qoymaq və ya onları eyniləşdirmək olmaz. Şamanlıq araya gələndə dinlər yox idi. Onda möcüzə var, amma şeytanpərəstlik yoxdur. Sakit bir yerdə gözlərinizi yumun, eşitdiklərinizi, oxuduqlarınızı, gördüklərinizi bircə-bircə idrakınızın süzgəcindən keçirin, görəcəksəniz ki, şamanlıq elə Adəm Babamızdan bəri baş alıb gələn küləkdir. İnanmırsınızsa, uzağa yox, Qobustan qayalıqlarına baş çəkin, oradakı ən qədim şaman rituallarının nişanələrinə baxın.

Şamançılıq-


İnform.az

Baxış sayı: 1398