Mədəniyyət
16.07.2015 / 11:11

Kannda “Azərbaycan musiqi gecəsi” keçirilib

Kannda “Azərbaycan musiqi gecəsi” keçirilib

Kannda keçirilən Azərbaycanın Mədəniyyət günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi” təşkil olunub.Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən konsert proqramında Fransanın tanınmış ictimai-siyasi xadimləri, Kann şəhər rəhbərliyi və digər nüfuzlu qonaqlar iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış oldular. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri də təqdim edildi. Sonra konsert proqramı başladı.
Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olundu.
Qeyd edək ki Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin mədəniyyətinin dünyada təbliği baxımından tarixi layihələr reallaşdırır. Bu məqsədlə müxtəlif ölkələrdə tədbirlər keçirilir, bu cür gecələr və konsert proqramları təşkil edilir. Fransa və onun regionlarında da mədəniyyətimiz və incəsənətimizin təbliği ilə bağlı mühüm işlər görən Heydər Əliyev Fondu yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan mədəniyyəti günlərini təşkil edir. Bu tədbirlər Fondun Azərbaycanın özünəməxsus mədəni dəyərlərinin dünyada təbliği üçün gördüyü işlərin bir hissəsidir.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 335