Baş xəbər, Mədəniyyət
19.07.2016 / 13:04

"Yarat" musiqisevərləri dəvət edir

"Yarat" musiqisevərləri dəvət edir

Əziz musiqi həvəskarları!
YARAT Müasir İncəsənət Məkanı sizi 21 iyul 2016-cı il tarixində keçiriləcək “MUSİQİ ENERGİYASI” adlı konsertə dəvət edir. Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunacaq.

Tədbirdə Bakı Musiqi Akademiyasının “Fortepiano” və “Bəstəkarlıq” fakültələrin tələbələri, Beynəlxalq Müsabiqələrin laureatları Məsmə Nəsirli, Vüsal Aydəmirov və Lalə Baxışova çıxış edəcəklər. Həmçinin Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakültəsinin tələbələri Hüseynağa Aslanov və Xədicə Məmmədova öz çıxışları ilə konsertə qatılacaqlar.

Konsertin proqramı:

Q. Qarayev – "Eskiz" (5:00)
Vüsal Aydəmirov (piano)
Hüseynağa Aslanov (aktyor)
Xədicə Məmmədova(aktyor)

C. Kaçini – "Ave Maria" (4:00)
Mərcanat Əlibəyova (vokal)
Məsmə Nəsirli (piano)

L. Baxışova – "2 pyes" (5:00)
Lalə Baxışova (piano)

R. Lovland – "Song from a Secret garden"(3:00)
Məsmə Nəsirli (piano)
Nərgiz Əliyeva (fleyta)

S. Rüstəmov – "Getmə" (4:46)
Lalə Baxışova (piano) və Nigar Məmmədli(vokal)

F. Şopen – "Prelüdiya" (5:00)
Nəsirli Məsmə (piano)
Hüseynağa Aslanov(aktyor), Mikayıl Müşfiqin "Sevgilər" şeiri.

F. Əmirov – "Çeşmə başında" (3:00)
Vüsal Aydəmirov (piano)
Nərgiz Əliyeva(fleyta)

A. Dvorjak – "Slavyan rəqsi"(4:50)
Məsmə Nəsirli və Lalə Baxişova (dörd əlli ansambl)

F. Say – "Kumru" (2:34)
Vüsal Aydəmirov (piano)
Hüseynağa Aslanov (aktyor), H. Aslanovun "İnsan ömrü" şeiri

J. Bize – "Karmen" operasından antrakt (2:10)
Nəsirli Məsmə (piano)
Nərgiz Əliyeva (fleyta)

F. Əmirov – "Ekspromt" (2:30)
Məsmə Nəsirli (piano)

Y. Grinko – "Vals"(3:00)
Vüsal Aydəmirov (piano)

F. Bədəlbəyli – "Dəniz"(3:00)
Vüsal Aydəmirov (piano)

S. Raxmaninov – "Vals"( 2:00)
Məsmə Nəsirli (piano)
Vüsal Aydəmirov (piano)
Lalə Baxışova (piano)

F.List - Paqanini – "La Campanella" (2:00)
Məsmə Nəsirli (piano)
Vüsal Aydəmirov (piano)
Lalə Baxışova (piano)

YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə (çoxtəyinatlı zal)
21 iyul 2016
Saat 19:00
Giriş sərbəstdir


İnform.az

Baxış sayı: 316