Baş xəbər, Maraqlı, Sağlamlıq
18.07.2016 / 10:54

Bir ildən çox ürəksiz yaşayan gənc oğlan

Bir ildən çox  ürəksiz yaşayan gənc oğlan

25 yaşlı Stan Larkin ömrünün bir ildən çoxunu bədənində ürək olmadan yaşayıb.
İnform.az maraqlidir.com-a istinadən bildirir ki, o, bütün bu müddət ərzində ürək yerinə bel çantasında daşıdığı xüsusi cihazla bədənini qanla təmin edib.
2014-cü ildə ürək xəstəliyindən əziyyət çəkən Larkin tarixdə ürəyi çıxarılaraq, əvəzinə bədənini qanla təmin edən xüsusi cihazla yaşayan ilk insandı.
555 gün ərzində gənci həyatda saxlayan cihazın adı "Syncardi"-dır.
Stan Larkin öz donor siyahısındakı növbəsinə 2016-ci ildə çatıb və may ayının 9-da əməliyyat olunaraq 2-ci ürəyinə sahib olub.

İnform.az

Baxış sayı: 409