Mədəniyyət
18.07.2016 / 09:43

"Son illərdə ölkəyə gələn turist sayı 2 milyona çatıb"- Əbülfəz Qarayev

"Son illərdə ölkəyə gələn turist sayı 2 milyona çatıb"-Bu ilin aprel-may aylarına Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn qonaqların sayı ötən iki ilin birgə göstəricisinə bərabərdir.

İnform.az xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib.

Nazir bu məsələdə əsas rolun Azərbaycan üçün ənənəvi turizm mənbəyi olmayan ölkələrdə təqdim edilən reklamlara məxsus olduğunu bildirib. Onun sözlərinə görə, son illərdə görülən işlər nəticəsində Azərbaycana gələn turist sayı bir neçə dəfə artaraq 2 milyona çatıb. Həmçinin ölkədə turistləri qəbul etmək üçün mehmanxanalarda yer sayı 11 mindən 38 minə çatıb. Bunun 17 mini Bakının, qalanları isə regionların payına düşür.

“Statistikaya görə, Azərbaycanda turizm sektoru ümumi daxili məhsulun (ÜDM) 4,1 faizini təşkil edir. Neft ölkəsi üçün bu, yetərincə yüksək göstəricidir”,- deyə Əbülfəz Qarayev vurğulayıb.

İnform.az

Baxış sayı: 283