Baş xəbər, Ədəbiyyat
15.07.2016 / 09:10

“Türk dünyası gənc yazarların şeir şöləni”

Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində tədbirlər davam edir.

Layihə çərçivəsində son tədbir iyulun 14-də “Türk dünyası gənc yazarların şeir şöləni” adlı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilib.

Tədbirdə DGTYB məsləhət şurasının sədri Əkbər Qoşalı çıxış edərək beş günzində kerçəkləşən bu layihənin Türk dünyası mədəniyyətindəki əhəmiyyətindən danışıb.

Natiq bu layihənin təşkil olunmasında əsas məqsədin türkdilli ölkələrin yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılmasından ibarət olduğunu vurğulayıb.
Həmçinin, ölkələr arası ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmiş bu layihənin böyük mənəvi əhəmiyyət daşıdığı da qeyd olunub.
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gəlmiş gənc yazarlarla yanaşı, paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri də tədbirin iştirakçıları olublar.

Bu layihənin gerçəkləşməsində faəllıq göstərənlərə, eləcə də mərasimin qonaqlarına "Onur bəlgəsi" təqdim olunub.

Mərasim gənc şairlərin ifasında səslənən şeirlər və rəngarəng musiqi nömrələri ilə sona çatıb.

İnform.az

Baxış sayı: 1169