Maraqlı
15.07.2016 / 11:47

Dünyanın ən xəsis qadını

Dünyanın ən xəsis qadını

3 iyul 1916-cı ildə dünyanın ən xəsis qadını dünyasını dəyişib. [/b]
Qenriettu Xoulend Qetti Qrin, hansınakı gözlərinə görə "Uol-strit ifritəsi deyirdilər, heç də paxıllıqdan ölmədi. O, 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Onun adı Qinesin Rekordlar Kitabında "Dünyanın ən xəsis adımı" kimi qeydə alınıb. Ölüm ərəfəsində Qetti dövrün ən zəngin qadını olub, onun sərvəti 4 milyard dollar idi. O, 8 mindən çox torpaq hissələrinin sahibi , tanınmış sələmçi idi və dəmir yolları ilə bağlı olan kompaniyaların aksiyalarını alırdı.
Qenrietta 1834-cü ildə, dövrə görə kifayət qədər yaxşı imkanlar sahib olan ailədə, doğulmuşdu. Xoulendlərin əsas gəlir mənbəyi balina yağından idi. Onun bütöv tərbiyəsi ilə babası Qideon Xoulend məşqul olub. Qenrietta o zamanlar Yeni İngiltərənin ştatlarında kifayət qədər yayılmış kvakerlərin protestant dini qrupuna mənsub idi. "Kvaker" adı ingilis "quake" yeni əsmək, silkələnmək sözündən əmələ gəlib. Kvakerlərin həyat qanunlarında əsas olan özünü məhdudlaşdırılmaq idi.
Dünyanın ən xəsis qadını

Qoca Qideonun gözləri artıq zəifləyəndə, yeddi yaşlı Qetti onun dizləri üstünə çıxıb böyük maraqla maliyə xəbərlərini oxuyurdu, o artıq hətta aksiya və obliqasiya arasındakı fərqi də bilirdi. 13 yaşında ailə mühasibatçısı oldu.
Dünyanın ən xəsis qadını

Onun zamanla xəsisliyə dönmüş, inanılmaz ehtiyatlılığı haqda əfsanələr gedir. Qenrietta kifayət qədər gözəl qız idi, ancaq gənc xanımın hər zaman eyni don və köhnə ayaqqabıda gəzməsi talibləri qorxudurdu. Anasının ölümündən sonra Qenrietta gec-gec qəbullar təşkil edirdi. "Təşkil edird" sözü bura o qədər də uyğun deyil: deyilənə görə gənc Qrin bahalı şamları hələ qonaqlar getməzdən əvvəl söndürürmüş, qalan gözü isə səhərsi gün satırmış; salfetkanı isə milyonerin qızı atmırdı, onları su ilə isladıb, ütüləyirdi ki, onları bir də istifadə etsin.
Dünyanın ən xəsis qadını

Atasının ölümündən sonra 1865-ci ildə Qenrietta tutarlı mirasın 7,5 milyon dolların varisi oldu. Elə o anda da o öz gələcək əri Edvard Qrinlə tanış oldu.
Amerikalı Qrinlərin nəslində konqresmenlər və hakimlər vardı, onun doğma əmisi isə Boston şəhərinin meri idi. Edvardın özü isə Çin dili də daxil olmaqla bir neçə dildə danışırdı və dünyanın yarısını gəzmiş idi. On səkkiz yaşında isə o Filippində dayanır və orada ipə, çay, tabak və qaşiş satışından özünə yaxşı bir sərvət yaradır. Edvard Qenriettaya öncə onun atası, sonrası isə xalası dünyasını ölərkən dəstək oldu. İki il sonra Qenrietta Edvard Qrinlə ailə həyatı qurmağa razı oldu. Cütlük öz əlaqələrin rəsmiləşdirdi və onları nigah müqaviləsi isə "möhkəmləndirdi", ona əsasən Edvard Qettinin mülkündən 1 səntində belə hüquqi yox idi. Ailə olmağına bir ailə idi, ancaq pulları ayrı. Hətta əri iflas olub borca düşdükdə belə Qetti ona kömək etmədi. O, sadəcə ərini qovdu.
Dünyanın ən xəsis qadını

Onda artıq Qetti Qrini bütün Uol-strit tanıyırdı. O hektarlarla ərazinin və daşınmaz əmlakların sahibi idi. Sələmçilik və birjadaki oyunlarda onun tayı bərabəri yox idi, brokerlər bilirdi ki, əgər Qetti Qrin hansısa kompaniyanın aksiyalarını alırdısa, deməli sabah həmin kağızların qiyməti göylərə qalxacaq. Qiymətli kağızları alarkən Qetti kompaniya haqda hər şeyi öyrənirdi və o kompaniya haqda onun sahibindən belə daha çox şey danışa bilərdi. Nigahdan Qenriettanın iki övladı qaldı: Ned və Silviya. Onların anların həddən artıq xəsisliyinə görə əziyyət çəkirdilər. Qrinin öz evi yox idi, ən ucuz mehmanxanalarda qalırdı, dərman və ərzaqda qənaət edirdi. Qenrietta demək olar ki, heç vaxt paltar və ayaqqabıya pul xərcləmirdi, alt paltarını isə ancaq o köhnəlib atılası hala gəldikdə dəyişirdi. O heç vaxt köməkçi və qulluqçu tutmurdu. Təzə xəbəri aldıqdan sonra o Nedi qəzeti satmağa göndərirdi. Mağazada hər sentə görə saatlarla al-ver edə bilərdi, satıcıların çoxu Qettiyə nifrət edirdi.
Dünyanın ən xəsis qadını

ayağından ciddi yara alır. Qənaət etmək üçün Qenrietta kasıblar xəstəxanasına üz tutur. Təssüflər olsun ki görməmişi hər kəs üzdən yaxşı tanıyırdı. Həkimlər onun oğluna kömək etməkdən imtina etdilər. O zaman Qetti oğlunu ev şəraitində sağaltmağa qərar verir: neçə il Ned dəhşətli ayaq ağrılarından əziyyət çəkirdi, sonrası isə ayağı dizdən yuxarı amputasiya olundu.
Dünyanın ən xəsis qadını

Suiqəsd qorxusu yaşlı Qettini tərk etmirdi. O, öz nadir tanışlarına gedərkən belə özü ilə yemək aparırdı, hətta özü ilə spirtli qızdırıcı da aparırdı ki, yumurta qaynadsın. Silah daşımaq üçün lisenziya aldıqdan sonra, silahını bir anlıq da özündən ayırmırdı. Bütün digər dəbdəbə əşyaları kimi, o, zamanlar yeni çıxan avtomobilləri "Isus Xristosa (Hz. İsa) hərəkət etmək üçün bir eşşək bəs edirdi" deyərək redd edirdi. O, bir gün səhər "xidmətə" gedərkən fotoqrafın obyektivinə tuş gəlir: qara solğun plaş, üstündə dul parçası olan şlyapa, əsəbi, kafdar sifəti və cəld, heç de qocaya xas olmayan yeriş. Y həmin bu qorxunc görüntü, ya da onun qəribə və qeyri adi hərəkətləri haqda gəzən şayələr onun qəzetlərdə "Uol-stritin ifritəsi" ləqəbini qazanmağa səbəb oldular.
Dünyanın ən xəsis qadını

81 yaşında Qetti ürək çatışmazlığından həyatını dəyişdi. Onun iki övladı indiki pullar hardasa 4 milyard dollara bərabər olan böyük bir sərvətə varis oldular. Ned Qrin sonralar "Ned əmi" adı altında məşhurlaşdı. Öz hissəsini o yaxşı həyata, avtomobil və texnologiyaların ixtirasına yatırdı. Silviya səxavətli yardım sevər oldu. Fotoda Qetti öz qızıyladı
Dünyanın ən xəsis qadını

Anasının ölümündən həmən sonra Ned evlənir və avtomobil sənayəsinə girişir.
Və əlbəttə ki, şəxsi avtomobil ailənin ilk sahib olduğu əşyalardan olur.

[b]İnform.az[/b]

Baxış sayı: 720