Ədəbiyyat
11.07.2016 / 13:00

Güneydən əsən külək…

Güneydən əsən külək…
Ümid Nəccari/Təbriz


Şeirlər

Burda oturmuşdum!

Və göy üzünü, Gözlərimin giləsinə görüşdürürdüm
Oturmuşdum!
Kəlmələrlə keçmişimi, Ağacların gövdəsinə oxuyurdum
Bulud olduğum, Arzularımın körpüsündən keçirdi
Oxuyurdum harnə varsa, Qanad adında
Qanada, Ad verən Allaha...
Qanadların altındaki dünyaya
Hərnə varsa bu eldə,Qanlı qanada bənzəyir
Hərnə varsa bu evdə, Lələk yastığıdır
Burda oturmuşdum
Burda heç nə yoxuydu...!
Sadecə yuvasını yel dağıldan
Bir GÖYƏRÇİN özüylə danışırdı...

xxxxxxxxxx

Üzgünlüyümü

Bir tabloda, Yaralı quş şəklində çəksəm
İnanma!
Darıxmalarımı
Bulud şəklində gözlərinə baxsam
Gizlicə sevdiklərimi yağış səsində ağlasam
Yellənib tollansam pəncərəndən otağına
Diz çöksəmdə qarşında
İnanma!
Özümü dənizə vurub (Papiyon)un rolunu oynasam
Özümü dənizdən dışarı atıb, Nəhəng təki ölsəm
Hər hansı Qurandaki duanı əzbərləyib
Hər hansı Allaha and içsəm
Geyinsəm, peygəmbər geyimini bədənimə
Haqq sözləri oxların başına vurub qaldırsam
Qar yağsam baharda
Qışda alovlanıb yansamda
İnanma!
İnanmasanda bir dəfə belə inan məni
Çəkib getdiyimdə
İtib-batıb yox olduğumda
İnanacaqsan bu inanılmaz sözlərimi...

xxxxxxxxxx

Elə burdan başlamalıyıq

Vətəndən qurbətə çəkilən dodaqlarımızdan
Öpüşmədiyimiz küçələrdən
Dırnaqlarına qırmızı Lak sürtmədiyindən
Eləcə burdan
Hansı mahnını sevirsən bu səsimlə mızıldayım?
Hansı şeiri sevirsən sənə yazım?
Başının üstünə çatdığımda, Nələr söyləyimki xoşlayasan?
Ax nələri qışqırımki, Allah əl çəksin bizi ayırmaqdan?
Əl çəksin yolumuza daş dığırlatmaqdan
Görüşünə gələndə qoy gözlüyümüdı çıxarım aramızda bir şey görsənməsin
Qoy bütün binaları
Bütün parkları
Küçələri yıxım
Burdan rahat görünsün o tay
Qoy bütün şəhərləri hamarlayım
Rahat gedib gələsən!
Deyirsən bir saatca Tanrı olum!!!
Sən arzularını söylə mən yapdırım
Deyirsən bir saniyəlik gözün olum
Həzin həzin damcılanım...
Axşam qapı ağzındadır, Sadecə tezol
Elə burdan başlamalıyıq
Elə durduğun yerdən
Elə gözlərindən
Yardım et bir sözcüyüm azdır
Tut əlimdən kağızlar qurtulur bu şəhərdə
Yanımda qələmim yox!
Rojunu ver duvarınıza yazım ürəyimdə qalmış yasaqları
Otağını ver birazca səni axtarım
Elə birazca
Elə birazca burdan başlamalıyıq
Səndəki yaşam nişanələrindən
Məndəki ölüm bəhanələrimdən
Sən atandan gileylən
Mən ceblərimdən
Hər ikisidə şəkillərimizə silah çəkəndirlər
Hər ikisidə, Biz ikimizə qara köynəyi hədiyə verən
Elə burdan başlamalıyıq
Pasportanı sandıqçadan oğurla
Bir gecə içində quş olaq
Gəl kitablar ölkəsinə bilet alaq!
Elə burdan başlamalıyıq
Elə əllərindən

İnform.az

Baxış sayı: 414