Dünya
21.06.2016 / 09:47

Britaniya mətbuatı Bakıda keçirilən Formula 1-dən yazdı

Britaniya mətbuatı Bakıda keçirilən Formula 1-dən yazdı

Böyük Brityaniyanın nüfuzlu "The Guardian" nəşri iyunun 17-19-da Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Prisi haqqında məqalə dərc edib.
İnform.az xəbər verir ki, "Bakıda öyrəndiyimiz 5 şey" sərlövhəli məqalədə yarış zamanı Formula-1-in aparıcı komandaları ilə bağlı yaşanmış əsas hadisələrin ətraflı təhlili verilib.
"Siyasəti bir kənara qoysaq, Formula-1 üzrə Bakı yarışı uğurlu olub. Düzdür, bazar günü Qran Prinin final mərhələsində GP2 yarışmasında olduğu qədər çoxlu hadisə yaşanmadı. Hərçənd GP2 yarışında təhlükəsizlik avtomobili tez-tez trasa çıxmalı olurdu. Ümumilikdə Qran Prisinin uğurlu alındığını söyləmək olar", - məqalədə deyilir.
Qeyd edək ki, Bakıda keçirilmiş Avropa Qran Prisini "Mersedes"in alman pilotu Niko Rosberq qazanıb./"Report"

İnform.az

Baxış sayı: 351