Qəriblikdə kimimiz var?, Ədəbiyyat
18.06.2016 / 11:30

Qəribin

Qəribin
Məhəbbət Didərgin İsmayılov/Kişinyov





















Qürbət sığal çəkib qara saçına,
Əyilib qaməti,beli Qəribin.
"Qırgovul" deyən çox göydə "Laçına",
Zəhrimar olubdu dili Qəribin.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Vaxtı yetişəndə vurarlar ovu,
Səpməyin ardınca qarı-qrovu,
Elə bil, götürüb zamin girovu,
Dünyanın ayları, ili Qəribi.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Qürbət də qəlbinə düşübdür ayaz,
Ümmanlar , dənizlər gözündə dayaz,
Qalıb uzaqlarda təravətli yaz,
Əzməyin qəlbində gülü, Qəribin.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Ağzından ləl tökmə faydası yoxdur,
Qızılın gümüşdən mayası yoxdur,
Görsə ki, həyatın mənası yoxdur,
Aparar dağların seli Qəribi.

Didərqin, qürbətdə dadsız olur "Aş",
Görür öz işini yaş yavaş-yavaş,
Olub nəsilimizdə bir "Dəli Babaş",
Sanmayın ağıllı, dəli Qəribi.
Əzməyin könlündə gülü, Qəribin.

İnform.az

Baxış sayı: 425