Gündəm, Sağlamlıq
16.06.2016 / 11:55

Abort üçün istifadə olunan preparat xərçəngi müalicə edir

Abort üçün istifadə olunan preparat xərçəngi müalicə edirHamiləliyin pozulması üçün istifadə olunan mifepriston preparatı xərçəng əleyhinə təsirə malikdir. Bunu Çin alimləri aşkar ediblər.

İnform.az-ın məlumatına görə, alimlər tərəfindən aparılan araşdırmalar göstərib ki, mifepriston süd vəzi xərçənginin gecikmiş mərhələləri zamanı çox effektlidir.

Alimlər siçanlar üzərində eksperimentlər aparıblar. Eksperimentlər göstərib ki, mifepriston xərçəng hüceyrələrinin bölünməsi və yaşaması üçün vacib olan zülala təsir edir. Nəticədə xərçəng hüceyrələrinin inkişafı ləngiyir.

Alimlər eksperimentləri davam etməyi planlaşdırırlar./Saqlamheyat.az

İnform.az

Baxış sayı: 328