Gündəm, Sosial
16.06.2016 / 10:30

Qaynar çayın istifadəsinin ziyanı açıqlandı

Qaynar çayın istifadəsinin ziyanı açıqlandıÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) yanında Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik həddən artıq qaynar qəhvə və çayın istifadəsini sağlamlıq üçün təhlükəli hesab edir.
İnform.az xəbər verir ki, agentliyin tədqiqatına əsasən, həddən artıq qaynar çay və qəhvənin istifadəsi qida borusunun xərçənginə gətirib çıxara bilər.
Söhbət qaynarlığı 65 dərəcə Selsidən yüksək olan içkilərdən gedir.
Tədqiqatın üzərində 23 alim işləyib. Onların işinin nəticələri "Lanset" tibbi jurnalında dərc olunub./"Report"




İnform.az

Baxış sayı: 300