Hərbi
15.06.2016 / 11:28

Sergey Şoyqu: “Rusiya və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq strateji xarakter daşıyır”

Sergey Şoyqu: “Rusiya və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq strateji xarakter daşıyır”Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

İnform.az-ın məlumatına görə, görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.
Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.
Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib.
O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib./APA

İnform.az

Baxış sayı: 307