Mədəniyyət
15.06.2016 / 11:20

Yaxın dostumuz və köməkçimiz

Yaxın dostumuz  və köməkçimizMediadan söhbət düşəndə ilk növbədə Prezident cənab İlham Əliyevin bu fikirlərinə önəm verirəm:
[b]"Əgər güclü ictimai nəzarət olmasa, əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa, bizim uğurlarımızın gələcəyi olmayacaq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Azərbaycanda, o cümlədən mətbuat və informasiya azadlığı mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının təmin olunması prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur". [/b]

Bir vətəndaş olaraq fəxr edirəm ki, inform. az ölkəmizdə gedən prosesləri işıqlandırmaqda Prezidentimizin fikirləri ilə həmahəng fəaliyyət göstərir. Saytın səhifələrində mütəmadi olaraq ölkədə gedən mühüm ictimai, siyasi, iqtisadi və mədəni proseslər, inkişafımızın dinamikası geniş əksini tapır. Dövlət başçısı tərəfindən bəyan edilmiş başlıca prinsiplə[b][/b]r, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması demokratik ənənələrimizə tamamilə uyğundur. Onun elə bir sayı yoxdur ki, qurub-yaradan insanların fəaliyyətindən bəhs olunmasın, onların gərgin əməyi işıqlandırılmasın.

Sayt öz səhifələrində yaradıcı insanların işinə də həmişə geniş yer verir, o, əslində hamımızın əsil dostuna və köməkçisinə çevrilib. Bu mənada saytımızı sevirik, çalışırıq ki, o, daima həmsöhbətimiz olsun, ictimai mühitin formalaşmasına müsbət təsir göstərsin.

Mübaliğəsiz demək olar ki, hörmətli Xalidə xanımın rəhbərliyi altında saytın keçdiyi yaradıcılıq yolu hər bir media orqanına örnəkdir. 1 il tarixən qısa müddət olsa da, bu müddətdə inform.az böyük işlər görüb, özünə məxsus təkamül yolu keçərək, müasir səviyyəyə gəlib çata bilib. Biz İnform.az-ın timsalında müstəqil dövlətimiz üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsini əldə etmişik.

Bu uğurun daha da artıb şaxələnməsində saytın kollektivinin fəaliyyətini bütün yaxınlarımızın, bizi tanıyanların adından böyük səmimiyyətlə, təşəkkür duyğuları ilə yüksək qiqmətləndirirəm və qələm dostlarımızı, şəxsən bu yolda əvəzsiz xidməti olan Xalidə xanımı ürəkdən təbrik edirəm, onlara bol-bol yaradıcılıq müvəffəqiyyətləri diləyirəm.

Var olun, dostlar, qələminiz ana Vətənin çiçəklənməsi naminə daha da iti olsun!

[b] Aydın Hüseynov, jurnalist[/b

İnform.az

Baxış sayı: 172