Mədəniyyət
15.06.2016 / 10:10

“1”niz 111 olsun!..

“1”niz 111 olsun!..Şəhriyarşünas, araşdırmaçı-jurnalist Xalidə xanım Xalidin qurucusu və baş redaktoru olduğu İnform.az saytının 1 yaşı tamam olur.
Portalın qurucusu başda olmaqla, bütün çalışanlarını qutlayıram!
Portalın fəaliyyətində özəlliklə fərqləndiriləsi məqamları bu şəkildə sıralayardım:

Dövlətçilik, vətənkeşlik yönü;
Azərbaycandan Türk Dünyasına baxış sərgisi; çağdaş oxucunun maraq dairəsinin (toplum maraqlarının) gözətlənməsi; ədəbiyyat-sənətyönümlülük; gəncliyə tribuna verilməsi, ümumən yazarlara genişürəkli münasibət və s- bunlar hamısı önəmli məqamlardır. Özəlliklə də, 1 yaşını yenicə dolduran bir təsisat üçün...
Bu portalın çalışanları öz az imkanlarını aşaraq, mümkün olduğunca operativ, çoxfunksiyalı, çoxvektorlu çalışma tərzi və əzmi nümayiş etdirir.

Mən bu tərzi, bu əzmi alqışlayıram!
İnform.az-çılar şəxsən mənə, mənsub olduğum təşkilata münasibətdə ardıcıl, istiqanlı, ürəyigeniş münasibət göstərməklə, bizi özlərinə borclu ediblər.
Bir daha ən xoş diləklərimi yetirirəm.

11 (10+1), 51 (50+1), 111 yaşınızı qutlayasız!
Hansını biz görərik-görmərik, Tanrı bilər... Qalanlara və sizi duyanlara, oxuyanlara, gələcək oxucularınıza salam olsun!

Sayğılarımla,
Əkbər QOŞALI
DGTYB Gənəşi (Məsləhət Şurası) başqanı


İnform.az

Baxış sayı: 213