Dünya
14.06.2016 / 11:42

Silahlı Qüvvələrdə qəfil yoxlama başlayıb

Silahlı Qüvvələrdə qəfil yoxlama başlayıb Bu gün Rusiya Silahlı Qüvvələrində döyüş hazırlığının əvvəlcədən xəbərdarlıq edilmədən yoxlaması başlayıb. Yoxlamalar iyunun 22-dək davam edəcək.
İnform.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu selektor müşavirəsində bildirib.
"Döyüş və mobilizasiya hazırlığını qiymətləndirmək üçün Silahlı Qüvvələrin Ali baş komandanının qərarına uyğun olaraq, bu gün səhər saat 7-dən növbəti qəfil yoxlama başlayıb. Bir sıra silah və texnika saxlama anbarları, eləcə də bəzi hərbi idarə orqanları yoxlanılacaq", - Şoyqu qeyd edib./"Report"


İnform.az

Baxış sayı: 297