Mədəniyyət
12.06.2016 / 14:19

Dahi şair "poeziya günləri"ndə anılıb- Şabranda (Video)

Dahi şair "poeziya günləri"ndə anılıb-Şabranda “Xaqani poeziya günləri” keçirilib.
İnform.az xəbər verir ki, öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. Ardınca Xəqani Şirvaninin abidəsi də ziyarət olunub.
Xaqani Şirvani adına poeziya evində təşkil olunan tədbirə Azərbaycanın tanınmış ədəbiyyat nümayəndələri qatılıblar. Azərbaycan yazıçılar birliyinin sədri Anar, millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, yazıçı Elçin Hüseynbəyli və başqaları çıxış edərək Xəqani Şirvaninin yaradıcılığından bəhs ediblər. Bildirilib ki, xalqımız Xaqani Şirvani kimi ədəbiyyat xadimləri ilə həmişə fəxr etməlidir və bu irsi qoruyub saxlamalıdır.
Ardınca şairin yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb. Şabranda Xaqani poeziya evinin fəaliyyət göstərməsinin gənc nəslin tərbiyəsi üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb./RTV




İnform.az

Baxış sayı: 357