Dünya
10.06.2016 / 14:06

İŞİD rəhbəri yaralanıb

İŞİD rəhbəri yaralanıbİŞİD terrorist qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadi yaralanıb.
İnform.az ANS PRESS-ə istinadən məlumat verir ki, o, İraq-Suriya sərhədində beynəlxalq koalisiya hava zərbələrinin nəticəsində yaralanıb.
Məlumata görə, terrorçu qruplaşmanın rəbəri ilə bərabər bir sıra qruplaşma komandirləri də yaralı vəziyyətdə qaça biliblər.
Bundan öncə də dəfələrlə Bağdadinin öldürülmsi barədə xəbərlər yayılmışdı. Sonuncu dəfə bu ilin mayın 31-də Hərbi Hava Qüvvələrinin raket və bomba zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 7 lideri məhv edilib. Bu barədə İraq Hərbi Komandanlığının məlumat bürosu məlumat yayıb.
Məlumata görə, aviazərbələr terrorçuların Suriya ilə sərhəddəki Ənbar vilayətindəki mövqelərinə endirilib. Öldürülənlər arasında İŞİD-in kəşfiyyat və təhlükəsizlik üzrə başçısı da olub.
Terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin yaxın köməkçisi, Suriya və İraqda həyata keçirilən əməliyyatlarda iştirak edən hərbi birləşmələrin rəhbərləri, habelə Əfvrat vilayətinin şəriət məhkəməsinin rəhbəri də zərərsizləşdirilənlər arasında olub.


İnform.az

Baxış sayı: 169