Sosial
15.07.2015 / 20:52

Təqaüd kartları yenilənir

Təqaüd kartları yenilənir

Sosial müavinətlər Azərbaycan vətəndaşları 2015-ci il iyulun 20-dən etibarən "Kapital Bank" ASC-nin şöbə və filiallarında plastik kartlarını yeniləyə biləcəklər. İnform.az-ın məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Daha əvvəl bu xidmətləri "Kapital Bank"la yanaşı, Azərbaycan Beynəlxalq Bankı (ABB) da göstərirdi.

İndi ABB-nin bankomatlarından müavinət və təqaüd alan vətəndaşlar onları yalnız "Kapital Bank"ın bankomatları vasitəsilə əldə edəcəklər.

Əgər ABB-nin plastik kartlarında hələ də çıxarılmamış məbləğ (müavinət və təqaüd) qalıbsa, onları Beynəlxalq Bankın filiallarından almaq olar. Kartda qalmış vəsaitin ABB-dən alınması ilə bağlı problem yaranarsa, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Baxış sayı: 363