Hadisə
08.06.2016 / 10:46

Gecə düşən dolu taxıl zəmilərinə ziyan vurub

Gecə düşən dolu taxıl zəmilərinə ziyan vurubİmişli rayonuna dolu düşüb.
İnform.az “Report”a istinadən xəbər verir ki, gecə saat 02:00 radələrindən başlayan dolu 30 dəqiqəyə qədər davam edib.
Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, dolu düşməsi nəticəsində rayonun Hacıalılar, Qızılkənd, Xəlifəli və Aranlı kəndlərindəki taxıl zəmilərinə xeyli ziyan vurub.
Hazırda rayon fövqəladə hallar komissiyası zərərərçəkmiş ərazilərdə baxış keçirir, təbii fəlakət nəticəsində təsərrüfatlara dəymiş ziyan hesablanır.



İnform.az

Baxış sayı: 1429