Hadisə
07.06.2016 / 15:05

İntihar etmək istəyən Sumqayıt sakini xilas edilib

İntihar etmək istəyən Sumqayıt sakini xilas edilibBu gün gündüz saatlarında intihar etmək istəyən Sumqayıt sakini xilas edilib.
İnform.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Sumqayıt şəhərində 1 nəfərin intihar etmək məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 13:45-də başa çatıb.






İnform.az

Baxış sayı: 295