Din
07.06.2016 / 13:15

"Dini icmalar qeydiyyatsız fəaliyyət göstərə bilməzlər"

 "Dini icmalar qeydiyyatsız fəaliyyət göstərə bilməzlər""Dini icmalar qeydiyyatsız, yəni qanunsuz fəaliyyət göstərə bilməzlər. Əgər qurum dini icma kimi qeydiyyata alınırsa, artıq o dini icmadır".
İnform.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
O bildirib ki, hər hansı bir dini icmanın qanunsuz olması o dini icmanın olmaması deməkdir: “Məscidlərin qeydiyyata alınması məsələsi üzərində iş gedir. Dini icmalar o zaman fəaliyyət göstərə bilərlər ki, məscid onun hüquqi ünvanı olsun. Məscidlər var ki, onlar hələlik tam qeydiyyata alınmayıb. Onların ətrafında hər hansı bir dini icmanın yaradılması qeyri-mümkündür”.

İnform.az

Baxış sayı: 194