Sosial
07.06.2016 / 13:08

Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

 Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq, leysan yağacaqİyunun 7-si axşamdan iyunun 10-dək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
İnform.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.




İnform.az

Baxış sayı: 378