İdman
06.06.2016 / 22:13

Əfsanəvi şahmatçı vəfat edib

Əfsanəvi şahmatçı vəfat edibƏfsanəvi sovet şahmatçısı Viktor Korçnoy vəfat edib.
İnform.az "Report"a istinadən xəbər verir ki, Rusiya Şahmat Federasiyasının rəsmi saytında verilən məlumata görə, V.Korçnoy 85 yaşında dünyasını dəyişib.
Qrossmeysterin debütü 1952-ci il SSRİ çempionatında olub. Həmin vaxt şahmatçı 6-cı yeri tutub. Növbəti çempionatda o, 2-3-cü yerləri bölüşdürüb, 1960-cı ildə isə SSRİ çempionu olub. V.Korçnoy, həmçinin 1962, 1966 və 1970-ci il dünya çempionatlarını qızıl medalla başa vurub. V.Korçnoy bir neçə dəfə dünya çempionluğuna da iddiaçı olub.




İnform.az

Baxış sayı: 344