Baş xəbər, Müsahibə
06.06.2016 / 11:00

“Hələ demədiklərimi, prezidentimə deməliyəm” - Xalidə Xalid

“Hələ demədiklərimi, prezidentimə deməliyəm” -

Üç il öncə 2013-cü ilin aprel ayının 30-dan iyun ayının 3-nə kimi Azərbaycan mediasının gündəmini onun İran ETTELAAT-ı tərəfindən günahsız yerə saxlanması məsələsi zəbt etmişdi. Kimlərsə onun sağ-salamat qurtaracağına, kimlərsə günahsız olduğuna, kimlərsə də onun cəsus olduğuna inanmaq istəmirdilər.
O isə, bütün bunlardan xəbərsiz-özünün ifadə edtiyi kimi, təkadamlıq hücrədə bu işin hansı nəticə ilə qurtaracağını düşünərək, anları sayırdı...
İnform.az saytının rəhbəri Xalidə Xalid bu olayın nəticəsi ilə bağlı bü günlərdə cəbhə.info-ya müsahibə verib. Həmin müsahibəni olğudu kimi təqdim edirik:


Şəhriyarşünas tədqiqatçı, “İnform.az” xəbər portalının baş redaktoru Xalidə Xalidin İranda ETTELAAT tərəfindən 32 gün qanunsuz saxlanıldıqdan sonra azadlığa çıxmasından üç il ötür.

Xalidə xanım 2013-cü ildə elmi araşdırmalarını davam etdirmək məqsədilə Təbrizə gedən zaman İran xüsusi xidmət orqanları tərəfindən şərlənərək zindana salınmışdı. Ancaq bütün çətinliklərə baxmayaraq, Xalidə Xalid sağ-salamat öz vətəninə dönə bildi. Ona atılan böhtanlar isə təsdiqini tapmadı. O zaman bəzi insanlar bu qayıdışın baş tutacağına bəlkə inana bilmirdi. Çünki terrorçu bir təşkilatın zindadından sağ qurtulmaq güclü iradə tələb edir və heç də asan deyil. Bunun necə baş verdiyini, Xalidə Xalidə ünvanladığımız sualda aydınlıq gətirməyə çalışdıq:

- Bəzi insanların mümkünlüyünə inanmadığı bu qayıdış " Əziz qardaşım, can borcu olduğum insan" deyə müraciət etdiyim cənab prezidentin İrana verdiyi notalar nəticəsində baş tutdu. Bilirsiniz, bu dünyada kimsə başına nəyin gələcəyindən heç vaxt sığortalanmayıb. Kimsə bilmir bir saniyədən sonra onu nə gözləyir. Eləcə də mən...

“Şəhriyar” deyib Təbrizə yola düşəndə bilməzdim ki, məni ETTELAAT-ın qara, təkadamlıq hücrəsi gözləyir. Bilməzdim ki, o tayda günahsız ola-ola boynuma "casus" damğası yapışdırmağa çalışan İran kəşfiyyatı ilə bərabər, bu tayda da məni onların gözündə günahkar duruma salmağa çalışan, illərlə çörək kəsdiklərim olacaq.

Bəlkə də indi yazdıqlarım yenə birmənalı qarşılanmayacaq. Məni az-çox tanıyan insanlar bilirlər ki, mən heç vaxt əqidəmdən dönmədim. Dönmərəm də. O zindanda hər gün istintaqa çıxarılanda da dediyim söz belə olurdu: "Mənim tabe olduğum və hər zaman güvəndiyim tək insan varsa, o da mənim prezidentimdir. Siz məni hansı qüzvvələrə xidmətdə günahlandıra bilməzsiniz. Sübut edin, sonra aparıb edam edin".

Özləri də bilirdilər ki, mən günahkar deyiləm. Bütün bu şeylər o zaman mediada işıqlandırılıb. Amma hələ demədiyim çox şeylər var...Bunu üç il öncə də demişəm, yenə də deyirəm: "Deyəcəklərim yalnız ölkə başçıma, əziz qardaşım və can borcu olduğum insana deyilməlidir."

O ümidlə də yaşayıram. Necə ki, o təkadamlıq hücrədə, yorğansız-döşəksiz, keçə salınmış betonların üstündə sabahlara kimi gözümü qırpmadan inanırdım ki, mənim dövlətim, mənim rəhbərim mənim günahsız yerə bu barmaqlıqların arasında məhv olmağıma izn verməz, məni burdan qurtaracaq, eləcə də üç ildir inanıram ki, günün birində İlham Əliyevlə görüşüb, ona deməli olduğum sözləri deyəcəyəm.

Düzdür, hələ ki, buna mane olanlar çoxdur. Bəzi qüvvələrə sərf etmir mənim cənab prezidentlə görüşmək arzum. Buna arzu deməzdim, buna bir vəzifə deyərdim. Çünki bu görüş mütləq olmalıdır. Təbii, mənim Prezidentim buna şərait yaradarsa.

Sözün qısası, mənimçün hər şeydən önəmli dövlətim, vətənim və bir ömür bundan sonra da yaşasam yenə də hər zaman sadiq qalacağım bir siyasi məktəbim var. Mən saydığım bu üçlüyü təmənnalı sevmədim, nə kürsü , nə ad-san üçün onlara bağlı olmadım. Bu mənəm, Xalidə Xalid-həqiqətin və ölümün gözünün içinə dimdik baxan insan.

-32 günlük məhbəs günləri sizin üçün bir həyat sınağı olub və bu sınaq sizə nələri öyrətdi?

-Bu 32 gün öncə insanları tanımağı öyrətdi mənə. İllərimin dostları, illərlə tanıdıqlarımın, “ata-qardaş”, “bacı” dediklərimin mənə xəyanətlərini gördüm. Çalışdığım elm ocağında elə şeylərin şahidi oldum, elə şeylər gördüm ki, vallah başqası mənim yerimdə olsaydı, o adamları məhkəməyə verərdi. Çünki haqqım vardı, faktım vardı. Amma gərək qalmadı, Uca Yaradan hər kəsin haqq etdiyi hökmü verdi, verir də...

Mən kimsəyə pislik edən olmamışam. İllərlə haqqım tapdanıb, susmuşam. Xəyanət görmüşəm susmuşam. Hər şeyi ən böyük hakimin ixtiyarına buraxmışam.

Bəzi adamlar da - mən onlara qüvvə demirəm çünki, mərdlər qüvvəyə-gücə sahib ola bilər, namərdliklə əldə olunan gücün də, qüvvətin də ömrü uzun çəkmir- elə bilirlər ki, onların pulu, kürsüsü varsa, deməli hər şeyləri var...
Amma, bir şeyi unudurlar- hər şeyi pulla almaq olar, amma əqidəni, kişiliyi pulla almaq olmaz. Kişilik şəxsiyyət məsələsidir. Çox vaxt hirsimi, əsəbimi sosial şəbəkədə şərhlərimə tökəndə, çoxları yenə də yanlışa yozmağa çalışırlar.

Hələ də anlaya bilmirəm ki, bu Xalidə Xalid hansı gücə, orduya, qüvvətə sahibdir ki, ona qarşı bu qədər qısqanclıqlar var? Nədir buna səbəb? Kimə nə pislik edib, kimin haqqına girib Xalidə Xalid?

Qadınlar olsa, düşünərik ki qadın qısqanclığıdır. Amma özünə kişi deyən bəzilərinin bu hərəkətini mən anlaya bilmirəm.

Mənim kimsəylə işim yoxdu, siz bacardığınız qədər mənə qarşı pisliklər edin, qarşıma beton sədlər çəkin, arxamdan bıçaq saplayın, bacardığınız nə şərəfsizliklər varsa edin.
Mən sizə baş qoşmayacağam. Çünki, əgər qoşsam mənim sizdən fərqim olmaz ki...

İnform.az

Baxış sayı: 1083