Hadisə
04.06.2016 / 12:08

Tovuzda dolu ciddi fəsadlar yaradıb

Tovuzda dolu ciddi fəsadlar yaradıbTovuzun cəbhə zonasında yerləşən Əlibəyli kəndinə dolu yağıb.
“Report”un Qərb bürosu xəbər verir ki, sakinlərin kartof, pomidor, lobya sahələrinə ziyan dəyib. Dolu həmçinin Tovuzun ucqar dağ kəndlərinə - Molla Ayrım, Əsrik Cırdaxan, Çataxa da zərər verib.
Kəndlilər dəmyə kartof sahələri məhv olduğundan bulud dağıdan topların bərpa olunmasını zəruri hesab edirlər/"Report"

Baxış sayı: 230