Dünya
02.06.2016 / 12:01

Bu ölkədə daşqınlar səbəbi ilə 5,5 mindən çox insan evakuasiya edilib

Bu ölkədə daşqınlar səbəbi ilə  5,5 mindən çox insan evakuasiya edilibFransada çayların daşması və güclü yağış nəticəsində yaranan daşqın səbəbiylə 5,5 mindən çox insan evakuasiya edilib.
İnform.az "Report"a istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyindən bir sıra şəhərlərin küçələrində suyun səviyyəsinin 1,5, hətta 2 metrə çatdığı bildirilib.
Yaxın zamanda güclü yağışların yeni dalğası da gözlənilir.
"Europe 1" bir nəfərin ölməsi barədə məlumat yayıb. Belə ki, xilasedicilər evdə boğularaq ölən 86 yaşlı qadının cəsədini aşkarlayıb. Məlumata görə, təxminən 10 min ev işıqsız qalıb.
Hazırda Parisin şərqində və cənub-şərqində ağır vəziyyət qalmaqdadır.





İnform.az

Baxış sayı: 286