İdman
15.07.2015 / 14:24

UEFA-dan yekun qərar

 UEFA-dan yekun qərar

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsinin "Çukariçki" ilə cavab görüşünü Bakıda keçirəcək.

Bu barədə Qol.Az-a açıqlamasında klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Klub rəsmisi iyulun 23-də keçirilməli olan "Qəbələ" - "Çukariçki" matçının 8-ci km qəsəbə stadionunda baş tutacağını bildirib.

Buna səbəb Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin Qəbələ şəhər stadionunu cəzalandırması səbəb olub.

Qeyd edək ki, həmin gün Bakıda "İnter" – "Hafnafyordur" matçı da keçiriləcək. Z.Əzizov bildirib ki, UEFA eyni gündə Bakıda iki Avropa Liqası oyununun keçirilməsinə icazə verib.

İnform.az

Baxış sayı: 262