Elm-təhsil
01.06.2016 / 14:24

UNEC-də imtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək- Fotolar

UNEC-də imtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək-

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasına start verilib.

UNEC-in Mətbuat xidmətindən İnform.az-a daxil olan məlumatda deyilir ki, Universitetdə imtahan sessiyasında tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması məqsədilə “İctimai Nəzarət Şurası” yaradılıb.
UNEC-də təşkil olunan yay imtahan sessiyasının monitorinqini, qiymətləndirilməsi və nəzarət səlahiyyətlərini bu qurum həyata keçirəcək. Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq, nəticələri qiymətləndirəcək.

İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökümət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən operativ və şəffaf araşdırılaraq, qısa zamanda müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apellyasiya Komissiyasının işinə nəzarəti də Şura həyata keçirəcək.

Şura imtahan dövründə universitetin Qaynar xətt xidmətinin (146-1-3) fəaliyyətinə də nəzarət edəcək.

İmtahanlara nəzarət UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparılacaq. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi olmadan yayılmayacaq.

“UNEC İctimai Nəzarət Şurası”na “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Zaur Mahmudov, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, “Trend” İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva daxildir.

Mayın 31-də “İctimai Nəzarət Şurası”nın üzvləri ilə görüşən rektor, professor Ədalət Muradov bildirib ki, İctimai Nəzarət Şurasıın yaradılması UNEC-də keçirilən imtahan prosesində ictimai nəzarəti təmin etməyə xidmət edəcək. Ə.Muradov monitorinqlər zamanı qarşılaşdıqları halların olduğu kimi, ictimaiyyətə çatdırılmasını Şura üzvlərinə tövsiyə edib. İstəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır. Rektor qeyd edib ki, hədəfimiz UNEC-i dünya səviyyəli universitet sıralarında görməkdir.

Görüşün sonunda İctimai Nəzarət Şurasının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə Şura üzvləri tərəfindən təkliflər verilib.

UNEC-də imtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək-


UNEC-də imtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək-


UNEC-də imtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək-


UNEC-də imtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək-


UNEC-də imtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək-


UNEC-də imtahan sessiyasına İctimai Nəzarət Şurası nəzarət edəcək-


İnform.az

Baxış sayı: 365