Maqazin
31.05.2016 / 15:30

Christie's hərracında dünyanın ən bahalı çantası satılıb

Christie's hərracında dünyanın ən bahalı çantası satılıb

Honkonqda keçirilən Christie's hərracında Hermès Birkin çantası rekord qiymətə - 300,1 min dollara satılıb.

İnform.az buro247.az-a istinadən xəbər verir ki, Himalay timsahı, qızıl və brilyantlardan hazırlanmış qadın çantası indiyə qədər hərracda satılan ən bahalı çanta olub. Birkin çantasının qiyməti ilkin olan 194-259 min dollar məbləğində dəyərləndirilirdi. Hərraca çıxarılan model 2008-ci ildə buraxılıb və əl işidir. Timsah dərisi ağ rəngə elə boyanıb ki, bu, qarlı Himalay zirvələrinin rəngini ötürür.

Christie's hərracında dünyanın ən bahalı çantası satılıb


Bundan öncəki rekord da Birkin çantasına aiddi və 2016-cı ilin aprelində müəyyən edilib. Bahalı aksesuar Los-Ancelesdən olan alıcıya 298 min dollara satılıb.

Christie's hərracında dünyanın ən bahalı çantası satılıb


İnform.az

Baxış sayı: 370