Hadisə
30.05.2016 / 14:23

Gəncəyə dolu yağıb

Gəncəyə dolu yağıb
Mayın 29-da axsam saatlarında Gəncədə güclü küləklə müşayiət olunan leysan xarakterli yağış yağıb.
İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə dəqiqə davam edən yağış şəhərin bəzi yerlərində dolu ilə müşayiət olunub.
Leysan şəhər təsərrüfatına ziyan vurmasa da yağış suyunun yollarda yaratdığı gölməçələr avtomobillərin hərəkətinə maneə yaradıb.
Güclü yağış Gəncəçayda suyun artmasına səbəb olub. Şəhərdə elektrik enerjisi və mavi yanacağın verilişində fasilələr yaranmayıb. Eyni vəziyyət Qərb bölgəsinin digər rayonlarında da müşayiət olunub.


İnform.az

Baxış sayı: 196